VAQİF SADIQOV: MƏN QARŞIDAKI SEÇMƏ OYUNLARA BÖYÜK ÜMİDLƏRLƏ BAXIRAM
Mən növbəti mövsümə böyük ümidlərlə baxıram. Hesab edirəm ki, düzgün istiqamət götürüləcəyi təqdirdə, Azərbaycanın yığma komandası lazım olan futbolu göstərəcəkdir.
Bunu AZƏRTAC-ın müxbirinə futbol mütəxəssisi, “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqov 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığma komandasının rəqiblərinin potensialını şərh edərkən demişdir.
V.Sadıqov bildirmişdir ki, püşkatma bizim üçün uğurlu olmuşdur. Burada bizə artıq tanış olan Finlandiya, Uels və Lixtenşteyn milliləri ilə yanaşı, dünya futbolunda öz dəst-xətti olan Almaniya kimi güclü yığma komanda da vardır. Almanlarla oynamaq nə qədər çətin olsa da, bir o qədər də şərəflidir.
Qrupdakı digər rəqibimiz - Rusiya yığması ilə indiyədək heç vaxt görüşməməyimizə baxmayaraq, hesab edirəm ki, onlara qarşı oynamaq olar.
İnanıram ki, növbəti mövsümdə yığma komandamız daha üstün oyun nümayiş etdirəcəkdir. Biz bu mövsümə tam yeni güclü komanda çıxarmalıyıq. Bu istiqamətdə isə AFFA ilə birgə işlər aparılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]