Azərbaycan Dövlət İnformasiya Agentliyi

Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audiobələdçinin təqdimatı keçirilib

Vyana, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabrın 24-də Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audiobələdçinin təqdimatı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Varşava Muzeyinin direktoru Yan Oldakovski və direktor müavini Pavel Ukielski, Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, Polşada akkreditə olunan diplomatik korpusun rəhbər və əməkdaşları, müsəlman və xristian icmalarının nümayəndələri, elm və incəsənət, media nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Varşava Üsyanı Muzeyinin direktoru Yan Oldakovski qonaqlara rəhbərlik etdiyi muzeylə səfirlik arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu gecənin təşkilinin ikitərəfli səmərəli əməkdaşlığın bariz nümunəsi olduğunu söyləyib.

Səfir N.Qurbanova Varşava Üsyan Muzeyi ilə əməkdaşlıq çərçivəsində irəli sürülən bu layihənin təsadüfi olmadığını, cari ildə II Dünya müharibəsi illərində Varşava şəhərinin tarixində ən dramatik hadisələrdən biri olan Varşava üsyanının 81-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. 1944-cü il Varşava üsyanı varşavalıların öz paytaxtlarını nasist işğalından azad etmək uğrunda faciəli, lakin qəhrəmancasına mübarizəsidir. Varşava üsyanı təkcə Polşa tarixində həlledici bir səhifə deyil, həm də cəsarət, möhkəmlik və sarsılmaz insan ruhunun simvoludur. Bu sərhədləri, millətləri və nəsilləri aşan bir hekayənin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə layiq bir hekayə olduğunu bildirən səfir audiobələdçinin, sadəcə, tərcümədən çox, mədəniyyətləri birləşdirən və xalqlar arasında anlaşmanı təşviq edən ümumbəşəri azadlıq və ləyaqət dəyərlərini paylaşan bir körpü olduğunu bildirib.

Səfir N.Qurbanova ölkələrimiz arasında körpülərdən danışarkən polkovnik Vəli bəy Yadigar və general-leytenant Maçey Sulkeviçi xatırlayıb. O qeyd edib ki, 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalından sonra Polşaya gələn Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki Vəli bəy Yadigar faşist işğalı zamanı Polşa müqavimətinə qoşulub, 7-ci Lüblin Uhlan alayını yaradıb və 1940-cı ilin avqustundan 1944-cü ilin iyuluna qədər həmin alayın komandiri olub. N.Qurbanova general-leytenant M.Sulkeviçin 1919-cu ilin martından 1920-ci ilin fevralına qədər Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycanda milli ordu quruculuğunda mühüm rol oynadığından, 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğalından sonra generalın həbs edilərək qətlə yetirildiyindən bəhs edib. O diqqətə çatdırıb ki, xatirələri həm Azərbaycanda, həm də Polşada əziz olan bu iki qəhrəman hər il Varşavanın Polinski parkında yerləşən abidələrinin önündə yad edilir.

Bugünkü təqdimatın, həmçinin Azərbaycanın nasizm üzərində qələbəyə verdiyi töhfəni yad etmək üçün münasib məqam olduğunu vurğulayıb, lakin bu əvəzolunmaz töhfənin çox vaxt diqqətdən kənarda qaldığına diqqət çəkib. Ölkəmizin II Dünya müharibəsindəki itkiləri barədə danışan səfir müharibədə Azərbaycandan 700 minə yaxın insanın iştirak etdiyi və 400 min nəfərin, yəni hər altı azərbaycanlıdan birinin həlak olduğu, ümumilikdə 123 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü, 170 min nəfərin müxtəlif orden və medallarla təltif edildiyi barədə məlumat verib.

Səfir N.Qurbanova müharibə illərində azərbaycanlıların cəbhədə göstərdikləri igidlik və qəhrəmanlılarla yanaşı, nasizm üzərində qələbədə Azərbaycan neftinin rolundan da söz açıb. O qeyd edib ki, müharibə illərində Azərbaycan mühüm enerji təchizatçısı idi və Sovet İttifaqında xam neftin, aviasiya yanacağının dörddə üç hissəsini və yüksəkkeyfiyyətli sürtkü yağlarının təxminən 90 faizini istehsal edirdi, neftçilərin gərgin əməyi sayəsində müharibənin ilk ilində Azərbaycan 25,4 milyon tona yaxın neft hasil etmişdir ki, bu da ölkənin neft sənayesinin bütün tarixində rekord göstərici olub. Bu, Sovet İttifaqında ümumi neft hasilatının təxminən 72 faizini təşkil edirdi.

Bu kontekstdə səfir bu il 120 illik yubileyi qeyd olunan görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevi yad edərək onun II Dünya müharibəsi illərində yanacaq istehsalının keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində yeniliklərindən bəhs edib. Müharibə illərində Y.Məmmədəliyev 9 növ təyyarə üçün 38 növ yanacaq, 8 növ dizel, müxtəlif benzin birləşmələrinin istehsalını təşkil etmişdir. Onun elm və texnologiyaya verdiyi töhfələr təkcə vətəni Azərbaycanda deyil, bütün elm aləmində əbədi miras qoyub. Polşanın Qlivitse şəhərindəki Sileziya Texnologiya Universitetində fəaliyyət göstərən professor həmçinin polşalı alimlərin dünya neft-kimya elminin inkişafına verdiyi töhfələrdən bəhs edən kitabın müəllifidir. Krakov şəhərində yerləşən AGH Universitetində onun şərəfinə xatirə lövhəsi qoyulmuşdur.

Varşava üsyanı iştirakçılarının cəsarəti, fədakarlığı və dözümlülüyünün müstəqillik və suverenlik yolunda mühüm bir xatırlatma olduğunu vurğulayan səfir 27 Sentyabr - Anım Gününə toxunub. O qeyd edib ki, həmin gün Azərbaycanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini anma günü kimi qeyd edilir. Bu qələbə nəticəsində Cənubi Qafqazın sabitlik, firavanlıq və əməkdaşlıq regionuna çevrilməsi üçün tarixi imkan yaranıb.

Bu gün Azərbaycan dilində təqdimatı keçirilən audiobələdçinin daha dərin məna daşıdığını bildirən səfir bunun yalnız Varşava üsyanının tarixini azərbaycanlı ziyarətçilərə çatdırmadığını, eyni zamanda, ümumi mübarizənin yad edilməsi və II Dünya müharibəsində qələbəyə aparan yolun bir çox xalqların, o cümlədən polyakların, azərbaycanlıların və saysız-hesabsız başqa xalqların cəsarəti ilə açıldığını söyləyib.

Daha sonra muzeyin direktor müavini Pavel Ukielski Varşava Üsyanı Muzeyi barədə məlumat verərək 1944-cü il Varşava üsyanına həsr edilmiş Muzeyin 1983-cü ildən etibarən fəaliyyət göstərdiyini, onun kolleksiyasının üsyançıların istifadə etdiyi silahlardan tutmuş sevgi məktublarına qədər yüzlərlə artefaktı əhatə etdiyini bildirib. Muzeydə ingilis, fransız, yunan, ispan, alman, slovak, Ukrayna və italyan dillərində audiobələdçilərin olduğunu qeyd edən P.Ukielski bu gün həmin siyahıya Azərbaycan dilinin də əlavə olunduğunu məmnunluqla söyləyib.

Təqdimat çərçivəsində Azərbaycan dilində audiobələdçidən bir hissə qonaqlar tərəfindən dinlənilib.

Sonda qonaqlara Azərbaycan milli mətbəxindən ləziz təamlar təqdim olunub.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb