Varşavada “Action Diplomacy” layihəsi çərçivəsində keçirilən görüşdə Azərbaycan haqqında məlumat verilib
Varşava, 3 aprel, AZƏRTAC
Varşava İqtisadiyyat Məktəbinin nəzdində fəaliyyət göstərən Xarici İşlər Klubu tərəfindən “Diplomatiya Fəaliyyəti” adlı silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində növbəti görüş martın 30-da Azərbaycanın Polşadakı səfirliyində səfir Həsən Həsənovla baş tutub.
AZƏRTAC xəbər verir ki, səfir tələbə və şagirdlərin suallarını cavablandıraraq, Azərbaycan ilə Polşa arasında münasibətlər, Polşada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan polyaklar, Azərbaycanın turizm imkanları və digər mövzular barədə danışıb.
Sonda görüş iştirakçılarına Azərbaycan şirniyyat nümunələri və meyvə şirələri təqdim edilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]