Vaşinqton ABŞ, Yaponiya və Cənubi Koreya liderlərinin görüşünü keçirməyə çalışır
Pekin, 1 aprel, AZƏRTAC
Vaşinqton ABŞ Prezidenti Cozef Baydenin Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yun Sok-Yol ilə üçtərəfli görüşünün keçirilməsi üçün danışıqlar aparır.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, üçtərəfli görüşün iyulda Vaşinqtonda təşkil olunacaq NATO-nun zirvə toplantısı çərçivəsində keçirilməsi təklif olunur. Bildirilir ki, ABŞ Prezidenti Yaponiyanın Baş nazirini və Cənubi Koreyanın dövlət başçısını həmin zirvə toplantısına dəvət etmək barədə planı var.
Mümkün üçtərəfli görüşdə müzakirə olunacaq məsələlər barədə məlumat olmasa da, Vaşinqton, Tokio və Seulu narahat edən əsas məsələnin Şimali Koreyanın nüvə-raket fəaliyyəti olduğu məlumdur.
Qeyd edək ki, son iki ildə ABŞ, Yaponiya və Cənubi Koreya liderlərinin bir neçə dəfə üçtərəfli görüşü keçirilib. Bu formatda ayrıca ilk görüş isə ötən ilin avqustunda Amerika liderinin Merilend ştatının Kemp-Devid şəhərindəki iqamətgahında baş tutub. Həmin görüşdə Asiya-Sakit okean regionu da daxil olmaqla, qlobal və regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]