VAŞİNQTON ŞTATINDA SİQARET ƏLEYHİNƏ ƏN SƏRT QANUNLARDAN BİRİ QÜVVƏYƏ MİNMİŞDİR
Qanun pozucularını 100 dollar məbləğində cərimə gözləyir. Ərazisində belə qanun pozuntusuna yol verilmiş bar və ya restoran sahibi spirtli içki satışına lisenziyadan məhrum oluna bilər. Bir çox bar və restoran sahibləri ehtiyat edirlər ki, onların müştəriləri hindi tayfalarına məxsus kazinolara getməyə başlayacaqlar. Çünki bu qanun həmin obyektlərə aid deyildir.
Vaşinqton ABŞ-ın siqaretçəkənlər üçün sərt məhdudiyyətlər qoyulmuş 9-cu ştatıdır. Hazırda belə qanunlar Kaliforniya, Konnektikut, Delaver, Massaçusets, Men, Nyu-York, Rod-Aylənd və Vermont ştatlarında da qüvvədədir. Bu ştatlarda iş otaqlarında, o cümlədən restoranlarda və barlarda siqaret çəkmək qadağan edilmişdir. Digər 7 ştatda bu zərərli vərdişə restoranlarda qadağa qoyulsa da, barlarda siqaret çəkməyə icazə verilir. Lakin 8 metrlik “bufer zonası” hələlik təkcə Vaşinqtonda tətbiq olunur.