VAŞİNQTONDA ABŞ PREZİDENTİNİN BÜSTÜ QOYULMUŞDUR
Büst fevralın 9-da Milli qvardiya memorialının mərkəzi salonunda qoyulmuşdur. Ağ evin başçısı büstün açılış mərasimində iştirak etmişdir.
Buş 1968-ci ildən 1973-cü ilədək, Vyetnam müharibəsi illərində ABŞ milli qvardiyasında xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmişdir. O, yalnız ABŞ ərazisində xidmət keçmişdir.
Gələcək prezident milli qvardiya qoşunlarına Yel Universitetini bitirdikdən sonra cəlb edilmiş, birilliyə Corciya ştatındakı təyyarəçilik məktəbinə göndərilmiş, onu qurtardıqdan sonra kiçik leytenant rütbəsi almışdır. Hərbi təyyarəçi ixtisası alan Buş F-102 A Delta Dagger səsdənsürətli qırıcı-tutucu təyyarəsinin pilotu olmuşdur.
O illərdə F-102 pilotlarının başlıca vəzifəsi nüvə bombalı sovet strateji bombardmançı təyyarələrinin mümkün zərbəsindən ABŞ-ın kontinental ərazisinin müdafiəsini təmin etmək idi.
Corc Buş hərbi xidməti fərqlənmə ilə başa çatdıraraq, baş leytenant rütbəsi almışdır. Bu məlumat büstün postamentinə qızıl hərflərlə yazılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]