Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vatikan qəzeti: Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə - buludların arasında monastırlar

Vatikan qəzeti: Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə - buludların arasında monastırlar

Vatikan, 26 iyul, AZƏRTAC

Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetində “Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə. Buludların arasında monastırlar” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, qəzetin jurnalisti Rossella Fabianinin qələmə aldığı məqalədə Azərbaycanda Alban Apostol Kilsəsinin varisləri olan kilsələr, eləcə də Xudavəng, Gəncəsər və Xatirəvəng monastırlarının tarixindən, onlarla bağlı faktlardan və həqiqətlərdən söz açılır.

Məqalədə Rossella Fabiani bildirir ki, Azərbaycana səfəri zamanı ölkənin üç böyük regionundan keçib: Qəbələ, Şəki və Qarabağ. Diqqətə çatdırılır ki, onların hər biri qədim Alban Apostol Kilsəsinin zəngin mövcudluğu ilə səciyyələnir. Alban xristian icmasının birbaşa varisləri - xristian udi icmasının yaşadığı, Bakıdan sonra ilk dayanacağımız olan Nic qəsəbəsində üç kilsə var: Bulun (udi dilində “böyük, əsas” mənasını verir) adlanan və kafedral olan “Müqəddəs Məryəm Ana” məbədi, onun yaxınlığında yaşayan və bərpasında iştirak edən ailənin adını daşıyan Müqəddəs Yelisey adına “Cotari” kilsəsi və bərpaya ehtiyacı olan, kəndin böyük məktəb kompleksinin yanında yerləşən Müqəddəs Yelisey adına “Tsilin” kilsəsi (udi dilində “aşağı”, “qonşu” mənasını verir). “Cotari” kilsəsi 1723-1726-cı illər arasında yerli mesenat Engibar Cotarinin səxavətli ianəsi sayəsində tikilib. Bu gün “Cotari” kilsəsində udilər Şərqi pravoslav kanonlarına uyğun olaraq liturgiyalarını yerinə yetirir, vəftiz edir və dini bayramlarını qeyd edirlər. “Müqəddəs Məryəm Ana” kilsəsi isə XIII əsrə aiddir və eramızın IV-V əsrlərinə aid qədim ibadət yerinin yanında inşa edilib. Kilsə 1890-cı və 2020-ci illərdə iki zəlzələ yaşayıb. Daxili çox sadədir, üç neflidir. Hədiyyə kimi saxlanılanlardan başqa heç bir freskası və ya ikonası yoxdur. İkonostaz formasında olan və böyük qırmızı pərdə ilə qorunan qurbangahın qarşısında udi dilində “Afiri” adlanan “Atamız” duasının mətni var. Bu gün məbədə Alan keşikçilik edir, Sevan isə “Cotari” kilsəsinin keşiyində durur.

Müəllif bildirir ki, Nicdən otuz kilometr aralıda olan Oğuz rayonuna da yola düşüb. İstiqamət şərqdən qərbədir. Oğuzda yüzə yaxın udi icmasının nümayəndəsi və 12 yəhudi ailəsi yaşayır. Müəllif yazır: “Oğuzda biz divarla qorunan bağ ilə əhatə olunmuş kiçik bir alban kilsəsini ziyarət edirik. Bura sadə, spirituallıqla dolu bir yerdir. Birdən bir ailə buraya şam yandırmaq üçün gəlir. “Biz bu kilsəni bərpa etmək və burada liturgiyamızı keçirmək istəyirik. Bu gün biz ibadət üçün Nicə getməliyik. Oğuzda bunun kimi kiçik kilsələrimiz çoxdur və biz öz torpağımızla çox fəxr edirik”, - deyə yerli xristian udi icmasının rəhbəri Svetlana bildirir. Onun tezliklə Xudavəng və Gəncəsər monastırlarını ziyarət etmək arzusunu qəlbimizə həkk edərək sağollaşırıq.

Məqalədə deyilir: “Şəki rayonundakı Kiş kəndinə gedən yolda bizi işıqlı Günəş müşayiət edir. Biz burada Qafqazdakı bütün alban kilsələrinin anası hesab olunan, Müqəddəs Yeliseyə həsr olunmuş qədim kilsəni ziyarət etdik. Hazırda içində muzey də təsis olunmuş kilsənin həyətinin giriş qapısında direktor Əli Səmədovla qarşılaşırıq. O, bizi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Etnoqrafiya bölməsinə rəhbərlik edən elmi işçi Rahim Həsənova tapşırır. R.Həsənov öz ölkəsinin tarixini mükəmməl bilir və bizə başqa məlumatlar verməklə yanaşı bildirir ki, Azərbaycanda çoxlu Nəqşibəndi sufiləri var. Sonra İrandan və Türkiyədən bu torpaqlara çox sayda erməni gətirildiyi və bu köçün bütün ərazinin simasını dəyişəcəyi qorxusunu xatırlayır. R.Həsənov məlumat verir ki, “Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlarda görünür ki, 1821-ci ildə pravoslav keşiş Çiçikov Çar tərəfindən təyin olunmuş Qafqaz canişini Aleksey Yermolova məktub yazaraq bildirir ki, Oğuz kəndində olan udilər bura köçürülən erməni əhali tərəfindən zorla qriqorianlaşdırılır”. Rahim bizə başqa bir faktı da qeyd edir: “1852-ci ildə “Qafqaz” qəzetində rus tədqiqatçısının udilərlə bağlı məqaləsi dərc olunub”. O əlavə edir ki, “köhnə bazarda daha bir alban kilsəsi yerləşir ki, bu kilsə I Nikolayın istəyi ilə keçirilən sinoddan sonra ermənilərə verilib. Bu gün bu kilsə şəxsi mülkiyyətdir”.

Qeyd olunur ki, Alban kilsəsi öz intibahını məhz Xudavəng (1214-cü il, Kəlbəcər rayonu), Gəncəsər (1216-1238-ci illər, Ağdərə rayonu), Xatirəvəng (1204-cü il, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri ilə yaşayıb: “Azərbaycanda alban memarlığı üzrə ən mühüm ekspertlərdən biri - professor David Axundovun tələbəsi, professor Səbinə Hacıyevanın müşayiəti ilə səyahətimizin son hissəsində istiqamətimiz məhz orayadır. Dağlara qalxdıqca avtomobilin açıq şüşələrindən kəskin kəklikotu iyi gəlir və bizi duman bürüyür. “Bu duman deyil, buluddur”, - Səbinə deyir. Kəlbəcər rayonunun Vəng kəndində yerləşən monastır kompleksinə çatanda bizə məlumat verir: “Həvari Faddey Xudavəngdə dəfn olunub və monastır XIII əsrdə “Albanların Vatikanı” sayılırdı”. Arxeoloji qazıntılar zamanı məlum olub ki, monastırın təməli VI-VII əsrlərdə qoyulub. XIII əsrdə Mehranilər sülaləsindən olan Böyük Həsənin (deyilənə görə, monastır həyatına inzivaya çəkilib) oğlu, Şahzadə Xaçın Vaxtanqın (Bəhram) ailəsinin səyləri nəticəsində təmir edilib və yeni tikililərlə zənginləşdirilib. Kilsə 1214-cü ildə şahzadə Arzu xatun tərəfindən həyat yoldaşı Şahzadə Vaxtanq və uşaqlarının xatirəsini əbədiləşdirmək üçün inşa olunub. Burada qalereya formalı eyvan və kiçik bir keçid də tikilib. İbadət yerlərinin cənubunda yaşayış və kənd təsərrüfatı binaları yerləşirdi. Səbinə Hacıyeva davam edir: “1216-cı ildə Gəncəsər monastırı tikildi və əsas dini mərkəzə çevrildi. Sonra kilsə sənədləri Gəncəsərə keçdi və orada 1836-cı ilə qədər saxlandı”. Gəncəsər monastırına çatmaq üçün dağın başına qalxırıq. Hündür divarla əhatə olunmuş ərazi Vəngli kəndinin yaxınlığında, Xaçınçay çayının sahilində, dağın yamacında yerləşir və buradan ətrafa gözəl mənzərə açılır. Burada Müqəddəs Vəftizçi İohann kilsəsi 1216-1238-ci illər arasında tikilib. Altı əsr ərzində, 1836-cı ilə qədər, o, müstəqil Alban knyazlığının spiritual mərkəzi və sonuncu Alban katolikosunun iqamətgahı olub. Monastır kompleksində rahiblərin hücrələrini və katolikosları yerləşdirmək üçün otaqları da görmək mümkündür”.

Qeyd edək ki, “L’Osservatore Romano” qəzetində jurnalistin Azərbaycana səfəri ilə bağlı silsilə məqalələri dərc olunacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb