Vatikanın dövlət katibi Ukraynada atəşkəsin vacibliyini bildirib
Vatikan, 19 noyabr, AZƏRTAC
“Ümidvaram ki, Ukraynada baş verənlər hər kəsdə, xüsusən də davam edən qırğına mane ola biləcək şəxslərdə məsuliyyət sarsıntısına səbəb olacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin deyib.
O, Rusiya ilə Ukrayna arasında sülh danışıqları barədə bildirib: “Gedişat müsbət olmasa da, insan həyatının müqəddəsliyinə lazımi diqqət yetirən hər kəs üçün danışıqlar həmişə mümkündür və arzuolunandır. Danışıqlar zəiflik deyil, cəsarət əlamətidir. Papa Fransiskin dediyi kimi, dialoq xalqların taleyini əlində saxlayanların getməli olduğu əsas yoldur. Heç olmasa silahların toqquşmasını dayandırmaq olar. Çünki ədalətli sülh danışıqları vaxt tələb edir”.
Xatırladaq ki, Pietro Parolin ötən ilin iyulunda Kiyev, Lvov və Odessaya səfər edib.
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [10:32]
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]