Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vəfalı xan qızı - Ağabəyim ağa

Vəfalı xan qızı - Ağabəyim ağa

Bakı, 5 yanvar, AZƏRTAC

Qarabağ xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, tarixi qaynaqlarda haqqında Qacar xanədanından olan Fətəli şahın xanımı kimi bəhs edilən Ağabəyim ağa Cavanşir Azərbaycan, fars dillərində yazdığı lirik şeirləri ilə klassik ədəbi irsimizi zənginləşdirib. Xalqın dillər əzbəri olan, lakin zamanla müəllifi unudulan bir çox bayatı və lirik parçaların Ağabəyim ağaya aid olduğu ədəbiyyatşünaslıq tədqiqatları sayəsində təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Vəfalı xan qızı - Ağabəyim ağa” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

1780-ci ildə Şuşada anadan olan Ağabəyim ağa Cavanşir ilk gənclik illərindən “Ağabacı” təxəllüsü ilə lirik-aşiqanə şeirlər yazıb. Milli ədəbiyyatımızın bu zərif, kövrək ruhlu, əsilzadə şairinin yaradıcılığında Vətən mövzusu daha önəmli yer tutub. Onun əsərlərində Qarabağ sevgisi, el-oba həsrəti aparıcı bədii motivlər kimi diqqət mərkəzində olub.

Dönəmin siyasi hadisələri xan qızının taleyinə amansız zərbələr vuraraq onu vətənindən, doğmalarından ayrı salıb. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun qardaşı Hüseynqulu xanın oğlu Fətəli şah çıxır və öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək üçün bir sıra qərarlar verir. Həmin qərarlardan biri də Qarabağ xanlığı ilə bağlı idi. Belə ki, Fətəli şah “hər iki tərəfin xatircəmliyi üçün” İbrahim xandan öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahim xan bu nigaha razılıq verərək, istəkli qızını Qacarlar xanədanının başçısı Fətəli şaha ərə verir. Ağabəyim ağanın gənc ömrünün kədərli, vətən həsrətli günləri də bundan sonra başlayır.

Tehrana gəlin köçməzdən əvvəl o, doğulub böyüdüyü torpaqların gözəlliyini, ürəkaçan mənzərələrini son dəfə görmək, ilahi xilqətdən yaranan əsrarəngiz meşələri, gül-çiçəkli yaylaqları, yaşıl örtüklü dağları gözlərinin yaddaşına köçürmək üçün Şuşanı gəzməyə çıxır. Baxmaqdan doymadığı ana vətəninin hər qarışını beyninə həkk edir, ruhu qanadlanıb Şuşa qalasının dörd bir tərəfini dolaşır, gözyaşı kimi dumduru bulaqların buz kimi suyundan içir, xarıbülbülün ətrini son dəfə köksünə çəkir.

Fətəli şah Qacar da şair idi, “Xaqan” təxəllüsü ilə lirik, aşiqanə qəzəllər yazırdı. Onun zərif düşüncəli, şair qəlbli Ağabəyim ağaya qarşı həssaslığı digər hərəmlərinə münasibətindən kəskin surətdə fərqlənirdi. Fətəli şah böyük ehtiram əlaməti olaraq ona “Sarayın məlaikəsi” statusunu vermişdi. Buna baxmayaraq, Ağabəyim ağa Qacar sarayının divarları arasında sıxılır, öncəki azad həyatı, doğma el-obası üçün darıxdığından daim təkliyə çəkilir, incə ruhlu şeirlər yazır - dərdini, qəmini ağ vərəqlərə “yükləyirdi”.

Ağabəyim ağa dərin dərrakəli, möhkəm hafizəli, geniş dünyagörüşlü və savadlı bir qadın olub. O, ərəb, fars, fransız dillərində səlis danışır, “Quran”ı əzbərdən bilirdi. Şeirə, sənətə böyük dəyər verən Ağabəyim ağa Məhəmməd Füzuliyə böyük dəyər verirdi. Ağabəyim ağa bir neçə dil bilməsi və dərin savadı sayəsində tez bir zamanda Fətəli şahın da güvənini qazanmış, şah dövlətin diplomatik münasibətlərində önəmli olan danışıqlara və məktublaşmalara Ağabəyim ağanı da cəlb etmişdi. Vaxtilə atası İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqifdən dərs alan Ağabəyim ağa sonralar fransız dilini öyrənərək biliklərini daha da genişləndirmiş, həmçinin dövrünün bir sıra görkəmli şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. 1812-ci ildə isə İngiltərə səfiri Ser Qor Ouzli Tehranda danışıqlar apardığı zaman səfirin xanımı da ölkənin birinci xanımı - saray məlaikəsi ilə görüşmək istəmişdi. Həmin görüş haqqında ingilis səyyahı və diplomatı Ceymz Moriyerin yazdıqları xüsusi maraq doğurur. Sarayın məlaikəsi Ağabacı ağa ilə görüşünü təfsilatı ilə verən Moriyer yazırdı: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya daxil olmaq üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”. Bu görüşdə səfirin xanımı Ağabəyim ağaya İngiltərə kraliçasının hədiyyəsi olan ənbər - qiymətli ətir də gətirmişdi.

İranın bir çox ölkələrlə diplomatik danışıqlarının uğurlu keçməsində Ağabəyim ağanın müstəsna rolu olmuşdur. Eləcə də Rusiya və Qacarlar imperiyaları arasında münasibətlərin barışıqla nəticələnməsi işində Ağabəyim ağanın xidmətləri danılmazdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda onun müdrikliyi haqqında söz açır, dövrünün bu görkəmli şəxsiyyətini “şahın ikinci Zöhrəsi”, “tale ulduzu” adlandırırdı.

Gözəlliyinin şöhrəti hər tərəfə yayılan Ağabəyim ağa son dərəcə qabiliyyətli, bacarıqlı, vətənpərvər olmaqla yanaşı, həm də çox ədalətli insan idi. O, dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmünə məhkum edilənlərin əfvinə çalışır və buna nail olurdu. Ağabəyim ağanın xidmətlərinə nəzər saldıqda onu öz dövrünün insan hüquqları müdafiəçisi kimi səciyyələndirmək olar. İrəvan xanı Hüseynqulu xanın ruslara əsir düşmüş qardaşı, yüzbaşı, “sarı aslan” ləqəbli Həsən xanın azad olunması da Ağabacı ağanın köməyi sayəsində mümkün olub.

Ağabəyim ağanın ömrü, həyat yolu həm də yenilməz bir sevgi qalası, məhəbbət abidəsidir. İlk gəncliyindən əmisi Mehralı bəyin oğlu Məhəmmədə könül verən xan qızı ömrü boyu bu sevgiyə sadiq qalıb. Siyasi münasibətləri tənzimləmək məqsədilə Fətəli şah Qacara ərə verilsə də, bu nigah yalnız kağız üstündə qalıb. Ağabəyim ağa heç vaxt Fətəli şaha zövcəlik etməyib, qəlbində başqa birinə qarşı sevgi duyduğunu cəsarətlə şah ərinə bildirib. Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminlinin də bu barədə qeydləri vardır.

Ağabəyim ağanın ən böyük sevdası isə bütün qəlbi və ruhu ilə bağlı olduğu Qarabağ idi. Qarabağın həsrəti ilə yaşayan şair qərib diyarda keçən ömrün puç olduğunu düşünürdü. Bu kədərli taleyin ən gözəl yadigarı isə onu nəsillərə sevdirən poetik incilərdir. Köksündəki Qarabağ sevgisini, Şuşa həsrətini, Xarıbülbül nisgilini bir ömür yaşadan xan qızı bu dərdlə də dünyanı tərk edib, doğma vətəninə bir daha qovuşmayıb... O, 1832-ci ildə Tehranda həyatla vidalaşıb və Darül-İman adlanan Qum şəhərində dəfn olunub. Bu həmin şəhər idi ki, Fətəli şah tərəfindən ona bağışlanmış, Ağabəyim ağa ömrünün son illərini burada yaşamışdı. Tədqiqatçıların yazdığına görə, Quma gələnə qədər imamzadə Qasım məqbərəsindəki hücrəsində tənhalığa çəkilən Ağabəyim ağa Quma köçəndən sonra ətrafına Qarabağdan gətirdiyi saray xidmətçilərini toplamışdı. Vətəninin zəkalı və tanınmış şəxslərindən ibarət olan 200-dən artıq xidmətçisi ilə Qumda yaşayan Ağabəyim ağa görünür bununla vətən həsrətini qismən azaltmaq istəmişdi. Lakin bu həsrət heç vaxt azalmamış, getdikcə alovlanmış, Qarabağın Ankası (Səməndər qızı) özünü bu alovların içində yandırmışdı...

Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edib. Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarıb. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi.

Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlib:

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ...

Bu bayatı iki əsrdən çoxdur ki, vətən həsrətində qovurulanların könül rübabını səsləndirir. Böyük məna, dərin fikir yükü olan bu lirik parça Qarabağın, musiqi beşiyimiz Şuşanın simvollarından birinə çevrilib. Bu bayatını eşitdikdən sonra Fətəli şah qərar verib, gərək Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən ağac, meyvə, gül kolları burada da olsun. Hətta torpağı da, bağbanı da Şuşadan gətizdirərək Tehranda nəhəng bir bağ saldırıb. Qarabağın hər gülünün, çiçəyinin bitdiyi, “Vətən bağı” adlanan bu bağ cənnət guşəsinə bənzəyirmiş. Həmin bağda gəzib dolaşan, Şuşanın ətrini bu məkandan alan Ağabəyim ağa bülbüllərin nəğməsinə qulaq asıb, ağacların kölgəsində vətəninin xəyalına dalıb. Bu yaşıl libaslı bağda xarıbülbüldən başqa hər bitki vardı. Çünki xarıbülbül özgə torpaqda bitmirdi... Şuşanın vəfalı qızı Ağabəyim ağa qərib eldə kök sala bilmədiyi kimi, xarıbülbülün də vətən torpağına sadiqliyi dillərdə dastandır... Ağabəyim ağa bağı ilk dəfə seyr edəndə burada xarıbülbülün olmadığını görüncə kədərli bir şeir yazıb:

“Vətən bağı” al-əlvandır,

Yox içində xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül?!

Ömrünün sonuna kimi vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm Arazın o tayında, həm də bu tayında - doğma el-obasında dildən-dilə keçərək yaşayıb. Bəzilərinin ona məxsus olduğu uzun müddət bilinməyib. Qürbət eldə tənhalığın, doğmalarından uzaq olmağın əzabını yaşayan bu incə ruhlu xan qızının şikayət dolu namələrindən birində deyilir:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.

Bu qəzəlin bizə bəlli olan, günümüzə qədər gəlib çatan misraları ancaq bunlardır. Güney Azərbaycanda bu qəzəlin bütöv halda olduğunu güman edirik. Çünki Ağabəyim ağa ilə bağlı fakt və bilgilər daha çox Qacar sarayı tarixçilərinin əsərlərində yer alıb. Tanınmış tədqiqatçı V.Quliyevin qeyd etdiyi kimi, İranda fars dilində Ağabəyim ağanın şeirlərinin olduğuna inanır, bir gün bu şeirlərin doğma dilimizə tərcümə edilib klassik irsimizi daha da zənginləşdirəcəyini düşünürük. Çünki Ağabəyim ağanın “Ağabacı” təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində yazdığı lirik, aşiqanə, eyni zamanda vətən nisgilli şeirlərindən bizə yadigar qalan bir neçə bədii parça bu yaradıcılığın məzmun, bədii mündəricə zənginliyi kimi, sayca da yetərincə örnəkləri olduğunu təsdiqləyir.

Nakam taleli unudulmaz şairin həyat və yaradıcılığı hələ ki, geniş tədqiqatların mövzusu olmadığından yazdıqları gərəyincə araşdırılmamış, şeirləri toplanıb nəşr edilməmişdir. Şeirləri sadəcə dildən-dilə keçərək yaşayan Ağabəyim ağanın - incə ruhlu Ağabacının böyük bir ədəbi irsi olduğu isə şəksizdir. Bir neçə şeiri ilə yüksək istedad sahibi olduğunu müşahidə etdiyimiz şairin yazdıqlarının arxiv sənədlərində, qədim kitablarda, səyahət-namələrdə və digər qaynaqlarda mövcudluğuna inanırıq. Çünki bircə bayatısı ilə könülləri riqqətə gətirən bir şairin yaradıcılığı yalnız bu bayatıdan ibarət ola bilməz.

Xan qızının fars dilində yazdığı bir qəzəlin sətri tərcüməsi belədir: “Ta qiyamətə qədər yazılsa qurtarmaz, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın hekayəti”. Güman etmək çətin deyil ki, bu “gözəlliyin dəftəri” Ağabəyim ağanın əbədi və solmaz eşqi olan Şuşadır! Kövrək qəlbli, zərif ruhlu xan qızının həsrətilə gözünü yumduğu Şuşa bu gün öz azadlığına qovuşub. - Sanki girov kimi Fətəli şaha ərə verilməsi xan qızına necə ağır təsir etmişdisə, Şuşanın əsirliyi də Azərbaycan övladlarının bağrını o cür yaralamışdı. Artıq ayrılıq bitdi! Zəfər bayrağının dalğalandığı Şuşamızda xan qızı Ağabəyim ağanın azad ruhu daha şad-xürrəm dolaşacaq. Qələmindən süzülən inci şeirlər sədaqətli vətən qızını nəinki Şuşada, vətənin hər guşəsində gələcək nəsillərə xatırladacaq...”.

Qeyd edək ki, İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyimin camalına və kamalına heyran olaraq öz əli ilə ona “Müqəddəs Georgi” ordeni təqdim etmişdi. Ağabəyim ağa bu mükafatı almış yeganə türk qadınıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var