Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş” müsabiqəsinin qalibi olub
Bakı, 25 iyul, AZƏRTAC
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş” müsabiqəsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.
İdarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində baş tutub.
“Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb:
“Dördüncü mövsümün qaliblərindən 3 nəfərin Vəkillər Kollegiyasının üzvləri olduğunu bilmək xüsusilə qürurvericidir. Bu öz növbəsində son illər ərzində vəkilliyə qəbul olunan həmkarlarımızın nə qədər yüksəkixtisaslı kadr olmalarının, vəkilliyin böyük potensialının təsdiqidir. Müsabiqə qalibi olan həmkarlarımızı böyük vəkil ailəsi adından ürəkdən təbrik edirəm və hər birinə gələcək karyeralarında uğurlar diləyirəm. Qalib vəkillərimiz Şahlar Məmmədov, Rüfət Məmmədxanlı, Eyyub Fətəliyevdir”, - deyə sədr bildirib.