VENESUELA ABŞ-IN QADAĞASINI ÖLKƏNİN SUVERENLİYİNƏ YENİ HÜCUM KİMİ QİYMƏTLƏNDİRİR
Venesuelanın xarici işlər naziri Ali Rodriges demişdir ki, ABŞ texnologiyalarından istifadə olunmaqla istehsal edilən silahların satışına qadağa qoyulması, habelə Venesuelanın beynəlxalq terrorizmlə əməkdaşlıq edən dövlətlər siyahısına salınması ölkənin suverenliyini sarsıtmağa yönəldilmiş hərəkətdir. Lakin bu, ölkəni Prezident Uqo Çavesin müəyyənləşdirdiyi yoldan dönməyə vadar etməyəcəkdir. Venesuela öz mövqelərindən geri çəkilməyəcəkdir. Biz bir daha bəyan edirik ki, ABŞ-ın İraqa hərbi müdaxiləsini, habelə İrana qarşı hərbi güc tətbiq etmək hədə-qorxularını qəti şəkildə pisləyirik.
Rodriges həmçinin bildirmişdir ki, onun ölkəsi başqa dövlətlərdən, o cümlədən Rusiyadan silah və hərbi texnika alınmasını dayandırmayacaqdır.
Xatırladaq ki, mayın 15-də ABŞ Venesuelaya qarşı birtərəfli sanksiyalar tətbiq edərək, ona Amerika silahları satılmasına və hərbi yardım göstərilməsinə qadağa qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]