Venesuelada yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər ölüb
Bakı, 14 dekabr, AZƏRTAC
Venesuelada yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 16 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyi bu barədə Venesuela yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.
Qəza paytaxt Karakas yaxınlığındakı magistralda yaşanıb. Yüksək sürətlə hərəkət edən yük maşını bir neçə dəqiqə əvvəl baş vermiş kiçik qəza səbəbindən yolda dayanan bir neçə avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobillər alışıb. Hadisə nəticəsində 17 avtomobilə zərər dəyib. Magistral yolda hər iki istiqamət üzrə hərəkət tamamilə dayanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]