VENESUELANI KUBA VƏ İRANLA ƏLAQƏLƏRİNƏ GÖRƏ CƏZALANDIRDILAR
MakKormak demişdir: “Venesuelanın terrorizmə sponsorluq edən ölkələrin kəşfiyyatları arasında mübadilə sahəsində yaratdığı əlaqələr narahatlıq doğurur. Bu, terrorizmə qarşı səylər çərçivəsində həmin ölkələrlə iş aparılmasını ABŞ üçün çox çətinləşdirir”.
Dövlət Departamentinin rəsmisi vurğulamışdır ki, ABŞ antiterror səylər çərçivəsində Vaşinqtonun Venesuela ilə mübadilə etdiyi informasiyanın terrorizmin sponsoru olan ölkələrə ötürülməsinin mümkünlüyündən narahatdır. Bu cür siyahıya düşməyin müəyyən nəticələri olur. Lakin MakKormak bu nəticələrin məhz nədən ibarət olduğunu dəqiqləşdirməmişdir.
Dövlət Departamenti mətbuat xidmətinin rəsmi nümayəndəsi Darla Cons bir qədər sonra məsələyə aydınlıq gətirərək demişdir ki, ABŞ Venesuelaya qarşı birtərəfli sanksiyalar tətbiq edərək, bu ölkəyə Amerika silahlarının satılmasına, hərbi yardım göstərilməsinə qadağa qoyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]