Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yarada bilən mühüm güc olduğunu göstərdi

Vətən müharibəsi Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yarada bilən mühüm güc olduğunu göstərdi

Bakı, 12 noyabr, AZƏRTAC

Türk dünyasının, xüsusilə də Azərbaycanın etnik coğrafiyası onun siyasi coğrafiyasından qat-qat böyükdür. Bu gün Azərbaycan Respublikası hər tərəfdən öz tarixi torpaqları ilə həmsərhəddir. Bu, bir yandan torpaqlarımızın bölünməsi, gücümüzün, dünyanın və regionun iqtisadi-siyasi həyatına təsir imkanımızın azalmasıdırsa, digər tərəfdən də bizi hər zaman düşünməyə məcbur edən, pasionarlığımızı stimullaşdıran və milli kimlik şüurumuzu diri saxlayan başlıca amillərdən hesab olunur.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yarada bilən mühüm güc olduğunu göstərdi. Ötən iki ildə Azərbaycanın yürütdüyü daha çevik və haqlı olaraq ambisiyalı siyasət isə xarici siyasətimizdə yeni mərhələnin əsas ştrixlərindən sayılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Şurasının Gənclər Platformasının Baş Assambleyasının üzvü olan “Demokratik Azərbaycan naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, jurnalist Elməddin Behbud söyləyib.

E.Behbud qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistan başda olmaqla, bir çox geosiyasi mərkəzlərin “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” tezisinin praktik olaraq çürüklüyünü göstərdi. Beynəlxalq vasitəçilərin 30 illik susqunluğu və fəaliyyətsizliyi qarşısında öz gücünə inandığını real şəkildə göstərdi və torpaqlarını Ermənistanın işğalından azad etdi. Azərbaycan müharibədən çıxan dövlət olmasına baxmayaraq Ermənistanın kapitulyasiya aktı imzalamasından dərhal sonra işğaldan azad etdiyi ərazilərdə nəhəng infrastruktur layihələrinin hazırlanmasına və həyata keçirilməsinə başladı. Əvvəlcə Füzulidə, sonra isə Zəngilanda beynəlxalq hava limanı inşa edildi. Laçında beynəlxalq hava limanının inşasına başlanıldı. Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsi üzrə dəmir və avtomobil yollarının inşasını sürətlə həyata keçirir.

Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə bağlı ilk pilot layihə başa çatdırıldı və artıq yerli sakinlər Ağalıda - "Ağıllı kənd"də yaşamaqdadır. Hazırda Ağdamdan Laçınadək bu rayonların ərazisi böyük inşaat meydançasını xatırladır.

Bu infrastruktur layihələri ilə yanaşı, Azərbaycan ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutlarının - media, QHT nümayəndələrinin işğaldan azad olunan ərazilərə səfərini təşkil edərək Ermənistanın xalqımıza aid maddi mədəniyyət nümunələrini, yaşayış evlərini vəhşicəsinə darmadağın etdiyini nümayiş etdirməklə informasiya müharibəsində də boşluq olmasına imkan vermədi.

Eyni zamanda, dövlətimiz ikitərəfli və çoxtərəfli qaydada beynəlxalq münasibətlərin subyekti kimi regional təhlükəsizliyin təmin olunması, nəqliyyat dəhlizlərinin effektivliyinin artırılması, enerji daşıyıcılarının dünya bazarına çıxarılması və digər bir sıra mühüm sahələrdə də fəallığını artırmaqdadır. Sevindiricidir ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaş kimi etimadını artırmaqdadır.

Azərbaycan Prezidentinin bu gün türk dünyasının qədim sivilizasiya mərkəzlərindən olan Səmərqənddə söylədiyi "Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır" fikrini xarici siyasət kursumuzun yeni elementi, həmçinin, tarixi proseslər nəticəsində Azərbaycanın bu gün 86,6 min kvadratkilometr əraziyə məhkum edilməsinə etiraz kimi də qəbul etmək olar.

DANİB-in sədri bildirib ki, azərbaycanlıların etnik coğrafiyasından danışarkən diqqət müstəqil dövlətimizdən sonra təbii olaraq, ilk növbədə, İrana yönəlir. O İrana ki, son minillik tariximizin ən mühüm və hazırda əhalisinin sayına görə ikinci böyük türk dövlətidir. Azərbaycanın heç zaman İran əleyhinə beynəlxalq sanksiyalara qoşulmamasına və bır sıra sahələrdə İrana davamlı şəkildə dəstək olmasına baxmayaraq, rəsmi Tehranın anti-Azərbaycan siyasəti zaman ötdükcə daha da vüsət almaqdadır. Azərbaycanın Qarabağı erməni işğalından azad etməsindən sonra isə əhalisinin əksəriyyəti müsəlman, yarıdan çoxu isə türk olan İran Azərbaycanı açıq şəkildə təhdid etməyə və müstəqil dövlətimizə qarşı açıq şəkildə ermənilərlə eyni mövqedən çıxış etməyə başlayıb. Təbii ki bu, qarşılıqsız qala bilməz və istər Azərbaycan silahlı qüvvələrinin ölkəmizin cənub ərazilərindəki hərbi təlimləri, istərsə də Ərdəbildən Tehranadək güneyli azərbaycanlıların sosial şəbəkələrdə və meydanlarda kəskin etirazı ilə cavablandırılır.

Bəli, bu gün 97 il əvvəl İran adlanan dövlətdə itirdiyimiz (1925-ci ilin dekabrında Əhməd Şah Qacar devrildi və Rza Pəhləvi Şah elan olundu) siyasi idarəçilik kürsüsünü qısa müddətdə bərpa etməyimiz bir çoxlarına o qədər də praqmatik baxış, real gözlənti təsiri bağışlamaya bilər. Ancaq etiraf etməliyik ki, türk dünyasının birliyi, müstəqil türk dövlətlərinin konsolidasiyası istiqamətində bu gün gəlib çıxdığımız mərhələ də vaxt var idi ki, xəyal idi.

Cari ilin iyun ayının əvvəllərində Buxarada Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda iştirak edərkən Selçuk Bayraktarın şəhərin qədim qala divarlarının önündəki açıq hava toplantısında yüzlərlə insanın önündə söylədiyi möhtəşəm nitqi, o cümlədən onun türk gəncliyinin qarşısında duran vəzifələr və Qarabağ zəfəri barəsindəki fikirlərini dinləyərkən istər-istəməz gözümün önündə Əmir Teymurun möhtəşəm zəhimli siması, bozqırların hakimi olan qıyıqgözlü türk atlıları, Türküstan çöllərində bolşeviklərlə son gülləsinə qədər vuruşub şəhid olan mübarizlərimiz canlanırdı. Yaxınlığımda əyləşən Özbəkistanın dövlət qurumunda çalışan şəxsdən soruşdum ki, 10 il öncə burada türk dünyası ilə bağlı belə toplantı keçirmək mümkün idimi? Həmin şəxs gözünü qırpmadan mənə "xeyr" cavabı verdi və mənalı baxışları ilə bu cavabı sanki uzun-uzadı izah etdi...

Bu cəhətdən hazırda müasiri olduğumuz və qlobal proses artıq regionda təhlükəsizliyin təmin olunması üçün öz siyasi, iqtisadi və hərbi gücünə söykənən yeni geosiyasi çətirini formalaşdırmaq yolunda dayanmadan irəliləyən Türk Dövlətləri Təşkilatının sıralarına müəyyən zaman ötəndən sonra nəinki Güney Azərbaycanın da qoşulması sürpriz olmamalıdır.

Türk dünyası bu gün 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə təsis olunan Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində vahid məqsədlər ətrafında konsolidasiya olur, sıralarını genişləndirir, bütövləşir, əməkdaşlığını dərinləşdirir və inkişaf edir. TDM bu gün ümumi daxili məhsulun (ÜDM) həcminə görə dünyada 7-ci böyük iqtisadi gücdür. Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i hazırda 4 trilyon 586 milyard dollar miqdarında qiymətləndirilir. Alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334,3 milyard, Azərbaycan 178,7 milyard, Türkmənistan 117,8 milyard və Qırğızıstan 39,2 milyard dollar ÜDM-ə malikdir. Təbii ki, episentrində Türkiyənin dayandığı TDT tarixi və mədəni eyniliyin verdiyi siyasi güclə yanaşı, uzun müddət müxtəlif qlobal güclərə xidmət edən bu iqtisadi potensialını da real dəyərləndirir.

TDT-nin lokomotivlərindən olan Azərbaycanın türk dünyasının siyasi coğrafiyasının qərb və şərq hissələrinin ayrılma nöqtəsi olan Zəngəzura olan tarixi haqqımızla bağlı mövzunu fəal şəkildə siyasi diskursa gətirməsi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin icrasını müxtəlif bəhanələrlə təxirə salmağa çalışan Ermənistan qarşısında dəhlizin açılması ilə bağlı israrlı və qəti mövqe nümayiş etdirməsi türk dövlətləri arasında ticarət dövriyyəsinin perspektiv planda xeyli yüksələcəyini vəd edir. Prezident İlham Əliyevin Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq etməsi ilə bağlı bu gün Səmərqənddə verdiyi açıqlama, "Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq" mesajı da bu kontekstdə mühüm əhəmiyyətə malikdir.

“Bu gün Türk Dövlətləri Təşkilatı yenidən dizayn olan və qütbləşməsi kəskinləşən müasir dünyada Asiyanın əski və ən böyük gücünün təmsilçisi kimi yeni geosiyasi mərkəzə çevrilmək iddiasını bir daha elan etmiş oldu. Azərbaycan da böyük türk ailəsinin üzvü kimi addım-adım, ancaq qəti şəkildə Turana doğru gedir. Xəyal yox, gerçək Turana!”, - deyə İctimai Birliyin sədri vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb