Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi iştirakçısı: Əsgər yoldaşlarımın gözlərindəki qürur hissini heç zaman unutmayacağam

Vətən müharibəsi iştirakçısı: Əsgər yoldaşlarımın gözlərindəki qürur hissini heç zaman unutmayacağam

Bakı, 16 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

“Mən sentyabrın 27-də Azərbaycan Milli Ordusu əks-hücum əməliyyatlarına başlayan ilk gündən döyüşlərdə iştirak etmişəm. Təsadüfə baxın ki, həmin tarix həm də mənim doğum günümdür. Bəzən düşünürəm ki, bu hüznlü, eyni zamanda, qürur dolu günlər mənə Tanrının hədiyyəsi olub. Bəli, mənim üçün Vətən uğrunda döyüşmək, bu şanlı tarixdə iştirak etmək böyük və əvəzolunmaz hədiyyədir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ramin Nəcəfzadə deyib.

Ramin 1997-ci ildə Bakı şəhərində anadan olub və təhsilini Türkiyədə bitirdikdən sonra Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə başlayıb. R.Nəcəfzadənin sözlərinə görə, müharibənin başlaması, yəni Ali Baş Komandanın əks-hücum əmri verilən zaman o, Füzulidə imiş: “Xatırlayıram ki, səhər saatlarında taqımda müharibənin başlaması ilə bağlı xəbərlər yayıldı. Bütün dünyada müharibə olduqca dəhşətli, qoxu dolu hisslər yaradan hadisədir. Ancaq biz bu xəbəri eşidəndə sevinc hissi yaşadıq. Əsgər yoldaşlarımın gözlərindəki o qürur hissini heç zaman unutmayacağam. Hərbi hissə sanki bu günü gözləyirmiş kimi sevincli idi. Həmin an anladım ki, bu, mənim həyatımın ən unudulmaz doğum günü olacaq”.

Təcrübəsinin az olmasına baxmayaraq, içindəki Vətən sevgisi və qəlbində alovlanan intiqam atəşi onu verilən tapşırıqları uğurla yerinə yetirməyə sövq edib: “İlk günlər daha çox müharibəyə hazırlıq prosesi gedirdi. Biz müharibə üçün təlimləri Ağcabədi rayonunda keçdik. Əhali Füzuliyə yola düşdüyümüz maşının içərisinə azuqələr, tibbi ləvazimatlar atırdı. Hamı bizi qürur və bir qədər də kədər dolu ifadələrlə cəbhəyə yola saldı. Hamımız praktiki təlimlər keçmişdik, ancaq müharibə tamamilə başqa anlayışdır. Ən böyük qorxumuz isə döyüş yoldaşlarımızı itirmək idi. Hətta döyüşlər zamanı elə vəziyyət yaranırdı ki, sən öz canından çox yanındakı döyüş yoldaşının həyatını düşünürsən. Bu duyğuları sözlə ifadə edə bilmirəm...”.

Raminin sözlərinə görə, o, 44 gün ərzində həyatının ən vacib sınağından keçib. Sevdiyi formanı geyinib, düşmənlə üz-üzə döyüşmək və Zəfəri döyüş meydanında yaşamaq ona nəsib olub: “Çox çətin, məsuliyyətli, qürurlu günlər idi. Bizim Ali Baş Komandanımıza güvənimiz sonsuzdur. Allaha min şükür ki, döyüşdən üzüağ, alnıaçıq çıxdıq. Döyüşlər zamanı hər kəs nə olur-olsun sona qədər getməyi düşünürdü”.

Vətən müharibəsi iştirakçısı müharibə dövründə unutmadığı xatirələrini də bölüşüb: “İşğaldan yeni azad olunan Xocavənd ərazisindəki kəndə daxil olduq. Həmin bölgə tam kəşf olunmamışdı. Komandirimiz bizə evlərin birində gecələməyi və səhər yolumuza davam etməyi əmr etdi. Girdiyimiz evlərin birinin zirzəmisində silahlı erməni gizlənmişdi. Buna baxmayaraq pusquda gözləyib Azərbaycan əsgərini öldürə biləcəyini düşünən erməni qısa müddətdə zərərsizləşdirildi.

Ən çətin döyüşlərimiz isə Füzulinin Alıxanlı kəndi ərazisində keçib. Bizim döyüşə girmədən öncə bir-birimizlə sağollaşmağa fürsətimiz oldu. Həmin döyüşdə bir neçə silahdaşımız şəhidlik zirvəsinə ucaldı və. Müharibəyə könüllü gələn əsgər yoldaşımı xatırlayıram. O, yeni ata olmuşdu və oğlunun köynəyini özü ilə daşıyırdı. Atışma zamanı ağır yaralandı və həmin köynəyi qucaqlayıb şəhid oldu. Təsadüfə baxın ki, şəhid olmazdan əvvəl, həmin gün biz onunla şəhidlik haqda danışmışdıq və əsgər yoldaşım mənə dedi ki, “Bu gün şəhid olacağımı hiss edirəm”. Bu yolda neçə qardaşımızı, dostumuzu, silahdaşımızı itirdik. Təsəllini torpaqlarımızın azad olunması və şəhidlərimizin qisasının yerdə qalmaması ilə alırıq. İgid qardaşlarımızın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların uyuduğu məzarlar nəinki bizim, gələcək nəsillərin də ziyarətgahına çevriləcək”.

Qeyd edək ki, R.Nəcəfzadə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO