Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş məktubları: Cənab Prezident, Sizin xalqımız üçün yorulmadan gördüyünüz işləri alqışlayırıq

Vətəndaş məktubları: Cənab Prezident, Sizin xalqımız üçün yorulmadan gördüyünüz işləri alqışlayırıq

Bakı, 6 iyun, AZƏRTAC

Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Ölkəmizin bütün bölgələrindən, eləcə də xaricdən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısını yüksək qiymətləndirdiklərini yazırlar.

AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının bir neçəsini təqdim edir.

Qusar rayonunun Yasaboba kəndindən şagird Yaşar Şahbazov yazır: “Əziz Prezidentim, əvvəla Sizə ailənizlə birgə cansağlığı arzulayıram. Koronavirusla mübarizənin birinci mərhələsində qalib gəldiyimizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində itkilərimiz digər ölkələrlə müqayisədə çox-çox aşağıdır. Biz hər zaman Sizin tapşırıqlarınıza və tövsiyələrinizə diqqətlə qulaq asır, onlara riayət edirik. Karantin dövründə anamla çox vaxt keçirdim, maraqlı "Evdə qal!" videolarını hazırladıq. Cənab Prezident, televizorda çıxışlarınızı daim izləyir, Sizi gördüyümə çox sevinir, Sizə diqqətlə qulaq asıram. Mənim ən böyük arzum maksimum balla ali məktəbə qəbul olmaqdır. Bunun üçün səylə çalışıram, əlaçıyam, kitabxananın fəal oxucusuyam. Gələcəkdə yol polisi olmaq istəyirəm. Anam deyir ki, hansı peşənin sahibi olsam da, Sizin qayğınızı hiss edəcəyəm. Məncə, o, haqlıdır. Çünki Siz hər bir azərbaycanlının Prezidentisiniz”.

Böyük Britaniyanın Birminhem şəhərindən Nərmin İsmayılova: “Hörmətli cənab Prezident, mən, İsmayılova Nərmin İngiltərənin Birminhem Universitetində doktorantura təhsili alıram. Bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar İngiltərədə də karantin rejimi elan edildi və bu rejim hələ də davam edir. Karantin rejiminə görə iş yerlərinin bağlanması xaricdə oxuyan və eyni zamanda işləyən tələbələrin həyatında maddi cəhətdən çətinlik yaratdı. Eyni problemi tələbə olaraq mən də yaşadım. Maddi vəziyyətimə görə ölkəmizin İngiltərədəki səfirliyinə müraciət etdim. Səfirliyin əməkdaşları vəziyyətimdən xəbər tutan gündən mənimlə mütəmadi əlaqə saxlayır, maarifləndirici tövsiyələr verərək mənə maddi və mənəvi dəstək olurlar. Hər zaman dövlətimizin köməyini hiss etmişəm və buna görə də hörmətli Prezident, dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm”.

Bakı şəhərinin Binəqədi rayonundan Xuraman Tağıyeva: “Möhtərəm cənab Prezident. Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilib. Sizin xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz işlər, verdiyiniz qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığınız 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək tədbirləri hər bir vətəndaş kimi, məni də çox sevindirir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində baş verir. İşləməyən şəxslərə birdəfəlik 190 manat verilməsi bütün xalqın sevincinə səbəb oldu. Mən də aprel və may aylarında bu yardımdan yararlandım. Bir ana kimi Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik, cənab Prezident”.

Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən Məmmədqasım Bayramovun məktubunda deyilir: “Əziz Prezidentimiz, Sizin uzaqgörənliyiniz sayəsində koronavirus pandemiyasının birinci mərhələsindən az itki və az yoluxma ilə qurtulduq. Bu çətin vəziyyətdə tibb işçilərimiz Sizin də dəstəyinizlə və qayğınızla öz işlərini canla-başla yerinə yetirdilər. Siz bu pandemiya dövründə hər bir azərbaycanlının yanında oldunuz. İmkanı olmayan ailələr, işə gedə bilməyən vətəndaşlar 190 manat ödəmə və ərzaq ilə təmin edildilər. Siz həmişə biz pensiyaçıların da qeydinə qalırsınız. Mən şəxsəm öz adımdan və yaşadığım kəndin sakinləri adından Sizə ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun ki, hər zaman xalqımızla birlikdəsiniz”.

Bakının Nərimanov rayonundan Bəylər Əzimov: “Möhtərəm cənab Prezident, bu gün müstəqil respublikamızın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub. Gənclərimizin sosiallaşması və cəmiyyətə düzgün inteqrasiyası üçün Sizin dəstəyinizlə davamlı olaraq xüsusi addımlar atılır. İmzaladığınız sərəncamlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Son aylarda dövlət strukturlarının modernləşdirilməsinə və yeni islahatlara xüsusi diqqət ayırırsınız. Rəhbər vəzifələrə gənc və bacarıqlı mütəxəssislərin, eləcə də müasir dünyagörüşünə malik kadrların təyin olunması bizi ruhlandırır. İnanırıq ki, seçib qiymətləndirdiyiniz, irəli çəkib vəzifələrə təyin etdiyiniz gənclər Sizin etimadını doğruldacaq və öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Gənclərimizin Yeni Azərbaycan Partiyasına inamı ulu öndərimiz Heydər Əliyevin apardığı siyasətdən və Sizin bu siyasəti uğurla davam etdirməyinizdən qaynaqlanır. Azərbaycanda yeni demokratik eranın başlanğıcı vətəndaşlarımızda Sizə və dövlətimizə olan inam və etibar hissini daha da möhkəmləndirir. Cənab Prezident, ölkə gəncləri adından Sizə bir daha dərin təşəkkürümüzü bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Şəmkir rayonunun Əliyaqublu kəndindən II qrup Çernobıl əlili Mahir Kazımov: “Çox hörmətli Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin dövlətçilik təcrübəsindən yararlanan dövlət başçısınız. Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, vətəndaşların sosial rifahı yaxşılaşıb. Siz xalqımızı koronavirusdan qoruyursunuz, çalışırsınız ki, Azərbaycan xalqı sağlam və xoşbəxt yaşasın. Bütün bunlara görə də Azərbaycan xalqı daim Sizinlədir. Cənab Prezident, mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun!”.

Bakının Yasamal rayonundan Qəhrəman Ələkbərov: “Əziz və hörmətli Prezidentimiz, Azərbaycan Respublikasının varlığı ulu öndər Heydər Əliyevin, müasir inkişaf səviyyəsi isə Sizin adınızla bağlıdır. Sizin sayənizdə şəhərlərimizdə, rayonlarımızda və bütün bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri danılmazdır. Bu gün elə bir dövrə təsadüf edir ki, bir tərəfdən, bədnam Ermənistanla, digər tərəfdən, qaçıb xarici ölkələrdə gizlənərək ölkəmizə qarşı təxribat kampaniyaları aparanlarla, həmçinin gözəgörünməz düşmən olan koronavirusla mübarizə aparırıq. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız, Mehriban xanımım bir övlad, bir ana və nənə kimi müraciəti bütün xalqı mübarizəyə səfərbər etdi. İnanırıq ki, biz bütün bu mübarizələrdə qalib gələcəyik. Siz Azərbaycan xalqına hər zaman dayaq olmusunuz. Təbii fəlakətlər baş verəndə də sakinlərin yanında olub onlara kömək göstəmisiniz. Mehriban xanım neçə-neçə xəstəni həm öz ölkəmizdə, həm də xaricdə müalicə etdirib ailələrinə qovuşdurub. Görülmüş işləri sadalamaqla qurtarmır. Uca Tanrı Sizi və Mehriban xanımı bu xalqa çox görməsin, ailənizi və əzizlərinizi qorusun!”.

Ağcabədi rayonundan Məlahət Tağıyeva: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Amma Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu. Koronavirus epidemiyası bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizin də iqtisadiyyatına, maliyyə sisteminə öz təsirini göstərdi. Ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər həm iqtisadiyyatın, həm də maliyyə sisteminin bu vəziyyəti böhransız adlamasına şərait yaratdı. Dünyanın nəhəng dövlətlərinin pandemiya qarşısında aciz qaldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə atılan qətiyyətli addımlar sayəsində biz bu gün öz həyatımızı arxayınlıq və rahatlıq içərisində yaşayırıq. Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınıza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir. Ölkə əhalisinin rahatlığı və sağlamlığı naminə yürütdüyünüz siyasətə, verdiyiniz hər bir qərarda, ilk növbədə, xalqın rifahını düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Goranboy rayonunun Eyvazlılar kəndindən Göyüş Nağıyev: “Hörmətli cənab Prezident, biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb onu öz arxanızca aparmısınız. Mən bir müharibə veteranı, iki tələbə valideyni kimi Sizin ölkəmizdə koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirləri dəstəkləyirəm. Sizin bu ilin mart ayında Goranboy Şəhər Mərkəzi Xəstəxanasının açılışını etməyiniz koronavirus dövründə atılmış böyük addımdır. Pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya işlərinə, aztəminatlı şəxslərə birdəfəlik yardımın edilməsinə, sosial baxımdan həssas ailə qrupuna daxil olan tələbələrə göstərdiyiniz yardıma görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Şagirdlərin təhsildən kənar qalmamaları üçün onlarla onlayn dərslərin keçirilməsi, pandemiya dövründə müəllimlərin əməkhaqqının tam ödənilməsi Sizin qabaqcıl siyasətinizin bariz nümunələridir. Bütün bunlara görə xalq Sizə minnətdardır”.

Gədəbəy rayonunun Arıqıran kəndindən Qaratel Qarayeva: “Əziz Prezidentimiz İlham Əliyev, bütün dünyanı böhran bürüdüyü bir vaxtda Azərbaycanımızın hər bölgəsində, o cümlədən Gədəbəyimizdə və Arıqıran kəndində aparılan quruculuq-abadlıq işlərinə görə çox sağ olun. Elektrik xətlərimiz 1965-ci ildə çəkilmişdi. Elektrik enerjisi sarıdan çox əziyyət çəkirdik. Külək əsən kimi işıqlarımız sönürdü. O cümlədən kəndimizdə yanacaqla bağlı da problem var idi. Cənab Prezident, indi Arıqıran və Əyrivəng kəndlərində işıq sistemi yenidən qurulur. Kəndimizə xəyalımıza belə gətirmədiyimiz təbii qaz xətti çəkilir. Bu, bizi çox sevindirir. Biz sakinlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarıq. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”.

Lənkəran şəhərindən Əskər Qafarov: “Çox hörmətli Prezident, Sizin xalqımız, dövlətimiz üçün yorulmadan gördüyünüz işləri alqışlayırıq. Siz həqiqətən, xalq üçün çalışırsınız. Biz bu yolda Sizin bütün səylərinizi ürəkdən dəstəkləyirik. Siz də, Mehriban xanım da xalqımızın xoş, firavan yaşamağını istəyirsiniz, hər tərəfdə işıq var, qaz var. Su xətləri çəkilir, yollar salınır, vətəndaşların müraciətləri dinlənilib həll olunur, iş yerləri açılır, maaşlar, müavinətlər vaxtında ödənilir, ehtiyacı olanlara yardımlar edilir. Cənab Prezident, yaşadığımız küçə bu günlərdə yüksək səviyyədə abadlaşdırılaraq asfaltlandı. İndi küçəmiz çox səliqəli, təmizdir. Bütün bunlar Sizin və Mehriban xanımın insanpərvərliyinizin göstəricisidir. Biz Sizinlə fəxr edirik. Nə yaxşı ki, Siz varsınız. Sizə güvənirik, Allah Sizi qorusun! Çox sağ olun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır