Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar aldıqları tibbi xidmətlərin nəticələrini “E-Tabib” mobil tətbiqi vasitəsilə izləyə bilər

Bakı, 15 mart, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “e-Tabib” mobil tətbiqinin təqdimat mərasimi keçirilib. Məqsəd “e-Tabib” mobil tətbiqinin vətəndaşlar üçün təqdim etdiyi geniş xidmət növləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.

Tədbirdə media və vətəndaş cəmiyyətinin nümayəndələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom” MMC-nin və digər qurumların nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev deyib: “İnternetdən istifadənin əhatə dairəsinin genişlənməsi rəqəmsal texnologiyaların inkişafına yol açır. Rəqəmsallaşma məlumatların elektronlaşdırılmasına xidmət edən, məlumatların kağız daşıyıcılarında istifadəsini və saxlanılmasını tədricən minimallaşdıran və ya ümumiyyətlə ləğv edilməsini təmin edən prosesdir. Ölkəmizdə rəqəmsal texnologiyaların üstünlüyü nəzərə alınır və bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən önəmli addımlar atılır. Agentik olaraq rəqəmsal texnologiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də “e-Tabib” mobil tətbiqinin yeni versiyada istifadəyə verilməsidir. Mobil tətbiqin yeni versiyasının yaradılmasında məqsəd istifadəçilərin aldıqları tibbi xidmətlərin nəticələrini elektron qaydada izləmələrini daha rahat və çevik etməkdir. Ümidvarıq ki, təkmilləşdirilmiş versiya əhalinin tətbiqdən istifadəsini, şəxsi məlumatları ilə tanışlığı asanlaşdırmağa xidmət edəcək”.

Daha sonra agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Məlumatların təhlili və mübadiləsi şöbəsinin müdiri Nicat Kərimov mobil tətbiq barədə qonaqlara ətraflı məlumat verib. Onun sözlərinə görə, mobil tətbiqin yeni versiyası daha funksionaldır. Əvvəlki versiya yalnız COVID-19 infeksiyası ilə əlaqəli idisə, təkmilləşdirilmiş yeni versiyadakı funksiyalar vətəndaşların vaxt itkisinin qarşısını almağa, onlara göstərilən tibbi xidmətlərin tarixçəsini izləmələrinə imkan yaradır: “Vətəndaşlar mobil tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri, qoyulan diaqnozlar, müayinə və laborator analiz nəticələri, tibbi arayışlar və göndərişlər vərəqəsi ilə onlayn qaydada tanış ola biləcəklər. Bütün sadalanan sənədlər mobil tətbiqdə “Şəxsi məlumatlarım” bölməsində əks olunur. Bununla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi, vətəndaşların məmnunluğunun öyrənilməsi məqsədilə mobil tətbiq vasitəsilə xidmət göstərən tibb müəssisəsinin və tibb işçisinin fəaliyyətini qiymətləndirmək mümkün olacaq”.

“e-Tabib” istifadəçiləri “Faydalı məlumatlar” bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər. Əlavə olaraq, xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Əgər axtarılan sualın cavabı siyahıda yoxdursa əlaqə bölməsinə daxil olaraq yeni sual yaradıb müraciət göndərilə bilər. Eləcə də mobil tətbiq vətəndaşlara ərizə, təklif və şikayətlərini göndərmələri üçün imkan yaradır.

N.Kərimov mobil tətbiqlə bağlı gələcək planlar barədə də açıqlama verib: “Mobil tətbiqin təkmilləşdirilməsi, əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet məqsədlərimizdəndir. Gələcək planlarımızda həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi də nəzərdə tutulur”.

Sonda şöbə müdiri iştirakçıların suallarını cavablandırıb.

Həmçinin tədbir zamanı iştirakçılar Quba Rayon Mərkəzi Xəstəxanasından dəvət olunmuş ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrə cəlb olunublar. İştirakçılara göstərilən tibbi xidmətlərlə bağlı məlumatlar “e-tabib” mobil tətbiqində əks olunub.

Qeyd edilib ki, mobil tətbiqə 2 üsulla daxil olmaq mümkündür: ASAN Login və mobil nömrə ilə. ASAN Login ilə daxil olduqda tətbiqdəki bütün məlumatlarla tanış olmaq mümkündür. Mobil nömrə vasitəsilə daxil olduqda isə yalnız COVID-19 və faydalı məlumatları görmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər