VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Baş Mühafizə İdarəsinin və Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları Əli İsmayılovdan 0,286 qram, Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin əməkdaşları isə Elxan Tahirovdan 0,249 qram, Vüqar Hacıyevdən 0,226 qram heroin aşkar edərək götürmüşlər.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Zaur Mirələmovdan 0,311 qram, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Emin Eyvazovdan 0,265 qram, Rabil İsmayılovdan 0,506 qram heroin müsadirə etmiş, Astara Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini Hüseyn Paşayevi 0,455 qram heroini satarkən tutmuşlar.
Masallı rayon sakini Rasif Məmmədov 0,12 qram heroini könüllü surətdə polisə təhvil vermişdir. R.Məmmədova narkotik vasitəni satmış Vəli Mehdiyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]