VII çağırış Milli Məclisin deputatlarına vəsiqələri təqdim olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
VII çağırış Milli Məclisin deputatlarına vəsiqələri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, vəsiqələr deputatlara VII çağırış Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk iclasında verilib.
Vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.