“Vikipediya” könüllüləri yeni məqalələr yaradırlar
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycanda tarixi abidələr, tikililər haqqında məqalələrin yaradılması və əsaslı redaktəsi davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində “Peterburq Şimal bankının binası” və “Bakı real məktəbi”nin, “Müqəddəs Nina qızlar gimnaziyası”nın binalarının memarı Dmitri Buynov haqqında məqalələr yaradılıb.
“Peterburq Şimal bankının binası” haqqında məqalədə tarixi abidənin tikilməsi və müxtəlif tarixi dönəmlərdə istifadəsi barədə, Dmitri Buynov haqqında məqalədə isə memarın həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın "Vikipediya" könüllüləri tərəfindən bu mövzuda məqalələrin yaradılması davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]