Viran qalmış yurd yeri - Ağdam rayonunun Suma kəndindən görüntülər FOTO
Ağdam, 5 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri Ağdam rayonunun Suma kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri Suma kəndinə gedərək erməni vandalizmini lentə alıb. Suma kəndi Ağdam şəhərindən 25 kilometr şimalda - Qarabağ düzündədir. İşğaldan əvvəl Suma kəndində üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, heyvandarlıq və quşçuluq fermaları, kənd təsərrüfatı texnikaları parkı var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb.
Ağdam rayonunun Suma kəndinin görüntülərini təqdim edirik.