SİYASƏT
Vitautas Landsbergis: Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir
![Vitautas Landsbergis: Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir](/files/2014/3/1200x630/141310723250008786_1200x630.jpg)
Forumun iştirakçısı, Litva dövlətinin keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. Litvalı siyasətçinin fikrincə, Bakı Beynəlxalq Humanitar Forumu sadəcə davam etdirməklə kifayətlənməyib, onu daha da yetkinləşdirmək, əhəmiyyətini daha da artırmaq lazımdır.
V.Landsbergis deyib: “Mən plenar iclasdakı çıxışımda qeyd etdim ki, Azərbaycan Avropanın real ayrılmaz hissəsi kimi sabit və sarsılmaz cəmiyyətdir. Bu fakt özlüyündə dəstəklənməyə layiqdir. Mənim fikrimcə, müxtəlif təhriklərə baxmayaraq, Azərbaycan dövlətinin silahlı qisasdan imtina etməsi, dinamik inkişafa və sülhə tərəfdar olması təqdirə layiqdir”. Litvalı siyasətçi qeyd edib ki, forum çərçivəsində keçirilmiş görüşlər arasında Azərbaycan Prezidenti İlham Əliyev ilə şəxsən görüşü, onunla ətraflı söhbəti xüsusilə yaddaqalan olub.
V.Landsbergis deyib: “Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs