VLADİMİR PUTİNİN NAMİZƏDLİYİNİN DƏSTƏKLƏNMƏSİ ÜÇÜN 7 MİLYONDAN ÇOX İMZA TOPLANMIŞDIR
AZƏRTAC-ın müxbirinin Moskvadan verdiyi xəbərdə deyilir ki, Rusiya dövlətinin başçısı Vladimir Putinin qarşıdakı prezident seçkilərində namizədliyinin dəstəklənməsi üçün qanunda tələb edildiyindən dəfələrlə çox - beş milyondan artıq imza toplanmışdır. Belə ki, qüvvədə olan qanunvericiliyə görə, prezidentliyə namizəd öz xeyrinə iki milyon imza yığmalıdır.
Vladimir Putinin prezidentliyə namizəd göstərilməsi üzrə təşəbbüs qrupunun nümayəndələri isə bildirmişlər ki, indiki dövlət başçısını dəstəkləmək üçün bölgələrdə yeddi milyondan artıq imza toplanmışdır.