Voleybol üzrə Azərbaycan çempionatının oyunu xəstəliyə görə təxirə salınıb
Bakı, 6 dekabr, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan çempionatında bu gün keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” - “Neftçi” matçı təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, buna bəzi oyunçuların səhhətində problem yaranması səbəb olub.
“Neftçi”nin AVF-yə ünvanladığı müraciətdə komandanın 6 oyunçusunda - Emin Abdullayev, Milad Salehi, Abdullah Azmun, Məhəmməd Nouruzi, Məhəmməd Abulhasani və Mohsen Vazehidə yüksək hərarət (Diaqnoz- Kəskin Respirator Xəstəlik, KRX) müşahidə edildiyi bildirilib. Federasiya yaranmış vəziyyəti nəzərə alaraq, qarşılaşmanın təxirə salınmasına qərar verib.
Bildirilib ki, oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]