Voleybol üzrə dünya çempionatı: Tailand - Koreya Respublikası – 3:2
Bakı, 29 sentyabr, AZƏRTAC
Yaponiyada voleybol üzrə qadınlar arasında keçirilən dünya çempionatında Azərbaycanın komandasının yer aldığı “C” qrupunda növbəti oyun olub.
AZƏRTAC xəbər verir ki, Tailand millisi Koreya Respublikasının komandası ilə görüşüb. Gərgin keçən oyun Tailand voleybolçularının 3:2 (18:25, 25:22, 25:19, 13:25, 15:11) hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq, Azərbaycan yığması ilk oyununda dünya çempionu ABŞ millisinə uduzub (3:0). Qrup çərçivəsində keçirilən digər oyunda Rusiya yığması Trinidad və Tobaqo millisinə 3:0 hesabı ilə qalib gəlib.
Çempionatın ikinci turunda Azərbaycan komandası Cənubi Koreya millisi ilə qarşılaşacaq. Oyun sentyabrın 30-da Bakı vaxtı ilə 11.10-da başlayacaq.
Qeyd edək ki, “C” qrupuna Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]