Voleybol üzrə qadınlardan ibarət milli komandamız Olimpiya təsnifat turnirinə hazırlığı İstanbulda davam etdirir
Bakı, 22 iyul, AZƏRTAC
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız məşqləri İstanbulda davam etdirir.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan və Rusiyadan sonra Türkiyədə hazırlıq keçən millimiz yerli komanda yoldaşlıq oyunu keçirib. Matçda ev sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
İyulun 24-dək İstanbulda məşqləri davam etdirəcək millimiz oradan Braziliyaya yollanacaq.
Qeyd edək ki, avqustun 1-3-də keçiriləcək Olimpiya təsnifat turnirindən əvvəl komandamız Braziliyada yerli klublardan biri ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]