Volodimir Zelenski: Ukrayna əks-hücuma hazırdır
Bakı, 3 iyun, AZƏRTAC
Ukraynanın gözlənilən əks-hücumu müxtəlif ssenarilər üzrə inkişaf edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” qəzetinə müsahibəsində söyləyib.
“Buna nə qədər vaxt lazım gələcəyini bilmirəm. Əks-hücum müxtəlif ssenarilər üzrə gedə bilər. Lakin biz hücuma keçmək niyyətindəyik və buna hazırıq”, - deyə Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, əks-hücum Ukraynaya baha başa gələ bilər.
Prezident, həmçinin bildirib ki, NATO-nun Vilnüsdə keçiriləcək sammitdə Kiyevin Şimali Atlantika Alyansına qəbuluna hazırlıq barədə siqnal verilməsə, Ukraynanın həmin tədbirdə iştirakının mənası olmayacaq.
Artıq bir neçə aydır ki, mətbuatda Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumu mövzusu geniş müzakirə olunur. Rusiya hakimiyyətinin fikrincə, Qərb ölkələri tərəfindən Ukrayna ordusunun gözlənilən hücumunun açıq müzakirəsi onların münaqişədə bilavasitə iştirakını təsdiqləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]