Volqoqradda erməni əsilli yerli sakinin törətdiyi qətl böyük əks-səda doğurub
Moskva, 2 noyabr, AZƏRTAC
Volqoqradda erməni əsilli yerli sakinin törətdiyi qətl böyük əks-səda doğurub.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Volqoqrad şəhərinin sakini Roman Qrebnyuk erməni Arsen tərəfindən vəhşicəsinə döyüldükdən sonra xəstəxanada vəfat edib.
Hadisə orta məktəb şagirdlərinin valideynlərinin “Viber” qrupunda yazışması zamanı yaranmış qalmaqala görə baş verib. Belə ki, 12 yaşlı məktəbli qızın atası Roman Qrebnyuk və sinfin digər şagirdinin anası, erməni Anna Melkonyan arasında ev tapşırığı üstündə mübahisə yaranıb. Nəticədə Annanın həyat yoldaşı Aram və qardaşı Arsen guya qadının xətrinə dəydiyi üçün Qrebnyuku cəzalandırmaq qərarına gəliblər. Annanın qardaşı Arsen Qrebnyuku izləyərək bank ofisində yaxalayıb və ona ölümcül zərbə endirib. Roman Qrebnyuk bir həftə xəstəxanada komada qaldıqdan sonra vəfat edib.
Arsen Melkonyan həbs edilib. Onun əvvəllər də cinayət məsuliyyətinə cəlb edildiyi məlum olub. Hazırda Volqoqrad sakinləri təkcə Arsenin deyil, həm də onun bacısı və bacısının həyat yoldaşının da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]