DÜNYA
V.Putin: Dünyada dörd ildən bir qızılca xəstəliyi baş qaldırır
Moskva, 14 dekabr, AZƏRTAC
Qızılca xəstəliyinə qarşı peyvəndin hazırlanmasında yumurtadan istifadə olunur və yumurta qıtlığı bu peyvəndin istehsalına da təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Vladimir Putin birbaşa xətt zamanı müvafiq suala cavabında bildirib.
O qeyd edib ki, qızılca, məxmərək və parotit xəstəliklərinə qarşı peyvənd üçün xammal yumurtadır. Tibbi preparatların kifayət miqdarda istehsalına yumurta qıtlığı mane olur. V.Putin vurğulayıb ki, yaxın günlərdə peyvənd istehsalı problemi həll olunacaq. Bundan başqa, qızılca, məxmərək və parotitə qarşı peyvənd idxalı üçün paralel ixrac kanalı qurulub.
V.Putinin sözlərinə görə, dünya üzrə dörd ildən bir qızılca xəstəliyinin baş qaldırması qeydə alınır. O, Rusiyada xəstəliyin yayılmasını əmək miqrantlarının gəldiyi ölkələrdə immunlaşdırma prosesinin zəif getməsi ilə əlaqələndirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva