Vüqar Həşimov Memorialında iki turdan sonra üç şahmatçı liderlik edir
Şəmkir, 27 may, S.Allahverdiyeva, AZƏRTAC
Mayın 27-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan üçüncü superturnirin ikinci turu keçirilib.
AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Memorialında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli və Teymur Rəcəbovla yanaşı, tanınmış şahmatçılar Fabiano Karuana (İtaliya), Aniş Qiri (Hollandiya), Sergey Karyakin (Rusiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan) və çinli Hou İfan iştirak edir.
Bu turda Pendala Harikrişna Şəhriyar Məmmədyarovu, Aniş Qiri Sergey Karyakini, Fabiano Karuane Pavel Elyanovau məğlub edib. Rauf Məmmədov Teymur Rəcəbovla, Hou İfan Eltac Səfərli ilə heç-heçə oynayıb.
İki turdan sonra iştirakçıların vəziyyəti belədir: Qiri, Karuana, Harikrişna - hərəyə 1,5 xal, Məmmədov, Rəcəbov, Səfərli, Hou İfan - 1 xal, Karyakin, Məmmədyarov, Elyanov - 0,5 xal.
Sabah üçüncü turun oyunları keçiriləcək.