Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” turniri bu ilin mayında keçiriləcək
Bakı, 26 fevral, AZƏRTAC
Tanınmış Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan və ardıcıl iki il keçirilən “Shamkir Chess” turniri bu il də təşkil ediləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Synergy Group”un dəstəyi ilə keçiriləcək beynəlxalq turnir bu dəfə mayda baş tutacaq. Hazırda iştirakçıları müəyyənləşdirmək və reqlamenti təsdiqləmək üçün Təşkilat Komitəsi ilə Azərbaycan Şahmat Federasiyası arasında danışıqlar aparılır. Əvvəlki iki memorialın qalibi, norveçli dünya çempionu Maqnus Karlsenin bu dəfə də yarışda iştirakı gözlənilir. Martda keçiriləcək şahmat üzrə Azərbaycan çempionatında ilk iki yeri tutacaq şahmatçı “Shamkir Chess 2016” turnirində mübarizə aparmaq hüququ qazanacaq.
Vüqar Həşimov ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş FIDE-nin Qran-pri turnirinin, Avropa çempionatının qalibi adını qazanıb. Dünya çempionatında ikinci yeri tutan tanınmış zəka sahibi Ümumdünya Şahmat Olimpiadasının, Dünya İntellektual Oyunlarının mükafatçısı, həmçinin bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və medalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]