Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirinə yekun vurulub
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında turnirin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə beş turdan ibarət yarışda hər birinin heyətində 5 könüllü olan 6 komanda mübarizə aparıb.
Bütün görüşləri qələbə ilə başa vuran 3 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri turnirin qalibi olublar. 1 saylı “ASAN xidmət”in mərkəzinin komandası ikinci, 2 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri isə üçüncü yeri tutublar.
Mükafatçılara sertifikat və medallar, qalib komandaya isə kubok təqdim olunub.