Vüqar Qurbanov: İlk növbədə tibbi turizm xidmətini Yeni Klinika üzərindən həyata keçirməyi düşünürük
Bakı, 20 dekabr, AZƏRTAC
Tibbi turizmin ölkədə inkişafı ilə bağlı bir çox xarici dövlətlərlə əməkdaşlıq etmək üçün ilkin planlar hazırlanıb, müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı bir çox ölkələrin turizm şirkətləri və qurumları ilə danışıqlar aparılıb: "İstəyirik ki, vətəndaşlar tibbi xidmət üçün əvvəl xarici ölkələrə müraciət edirdilərsə, artıq Azərbaycanda bu imkanlar yaradılıb. İlk növbədə tibbi turizm xidmətini Yeni Klinika üzərindən həyata keçirməyi düşünürük. Çünki bu tibb müəssisəsi həm şərait, həm təchizat, həm də tibbi xidmətin göstərilməsi baxımından uyğundur. Gələn il üçün nəticələri görəcəyik. Həmçinin gələn ildən xaricdə olan həkimlərimizin çox hissəsi Azərbaycan səhiyyəsində xidmətini davam etdirəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]