Vüqar Qurbanov: Ölkədə epidemioloji durum stabildir
Bakı, 18 dekabr, AZƏRTAC
Ölkənin səhiyyə müəssisələrində qızılca ilə bağlı tədbirlər həyata keçirilir. Vətəndaşların müraciətləri qeydə alınsa da, xəstə sayı ilə bağlı vəziyyət stabildir. Gərginliyə səbəb olacaq hal müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"Xəstəxanalara, poliklinikalara qızılca ilə bağlı müraciətlər var. Həm stasionarda, həm də evdə müalicə alan xəstələrə ciddi nəzarət olunur ki, ağırlaşma, fəsad və ölüm hallarına rast gəlinməsin. Hazırda ölkədə epidemioloji durum stabildir", - deyə V.Qurbanov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]