Vüqar Qurbanov: Rentgen aparatlarının fəaliyyətinin monitorinqi ilə bağlı FHN ilə danışıqlar aparılır
Bakı, 20 dekabr, AZƏRTAC
Tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə də daimi danışıqlar aparırıq.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında maraqlıdırlar: "FHN-lə bu istiqamətdə müzakirələr aparırıq. Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen otaqlarının, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrimizin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna qədər bütün tibb müəssisələrində həmin istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq", - deyə V.Qurbanov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]