Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir

Vüqar Rəhimzadə: Azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir

Bakı, 22 sentyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il avqustun 26-da rəsmi tviter səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Otuz il torpaq həsrəti ilə yaşayan, tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunacağı, öz doğma yurd-yuvalarına qayıdacaqları günü hər zaman səbirsizliklə gözləyən soydaşlarımız, bütün Azərbaycan xalqı belə xoş müjdəli xəbərləri 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlətimizin başçısı İlham Əliyevin dilindən eşidirdi. Həmin günlərdə Müzəffər Ali Baş Komandanın xalqa müraciətlərinin, paylaşımlarının hər biri torpaqlarımızın işğaldan azad edilməsi xəbəri ilə başlanırdı. Qırx dörd gündə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dünyaya səs salan, dastana çevrilən əfsanəvi Şuşa əməliyyatından sonra mənfur düşmən diz çökdü. Bunun məntiqi nəticəsi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi, dünyaya təqdimatı oldu. Müharibədən ötən son iki il isə üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi mərhələsidir. Bu Bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçının bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin qətiyyətinin, siyasi-diplomatik fəaliyyətinin təntənəsi, tarixi hadisə kimi yaddaşlarda qaldı.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında keçilən yolun təhlili əsasında bir daha bu əminliyi ifadə etdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində Ermənistandan və daha çox xaricdən - Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

İşğaldan azad edilmiş bütün ərazilərimizdə iki ilə yaxın dövrdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdıran V.Rəhimzadə deyib: “Qısa müddətdə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Bircə faktı qeyd etmək kifayətdir ki, artıq Qarabağdan dünyaya hava qapısı açılıb, yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə bu mühüm hadisəni Şərqi Zəngəzur da yaşayacaq. Üçüncü hava limanı üçün məkanın Laçın rayonunun ərazisinin seçilməsi də təsadüfi deyil. Bu, həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Diqqəti daha çox Beynəlxalq Hava limanlarının tikintisinə və istifadəyə verilməsinə yönəltməyimiz səbəbsiz deyil. Avtomobil, dəmir yolu və hava limanları özlüyündə həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıqda iqtisadi və siyasi yol xəritəsinin təqdimatlarıdır. Bu yollar artıq sahibinə qovuşan torpaqlarımızı böyük investisiyalar məkanına çevirəcək, onların turizm imkanlarından səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm zəmin yaranacaq. Ən əsası Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi tarixi Zəfərimizin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə öz töhfəsini verir. Bu gün Zəfər yolu 30 illik torpaq həsrətinə son qoyulan xalqımızı mədəniyyət paytaxtımız Şuşa ilə birləşdirir. Görülən işlərin əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, indi isə Laçın şəhərini bərpa etmək vaxtı çatıb və artıq buna hazırlıq görülür. Laçın rayonuna səfəri zamanı hazırlıq işlərindən danışan dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaq, dəymiş ziyan hesablanacaq. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq. Bütün bunlar bir daha sübut edir ki, hədəflərə tez bir zamanda nail olmağımız üçün mühüm əsaslar mövcuddur”.

“Torpaqlarımızın 30 il işğal altında qalmasına, bu müddətdə xalqımızın əzab-əziyyət içində yaşamasına, tarixi və dini abidələrimizin məhv edilməsinə, bu ərazilərimizin ermənilər tərəfindən illərdir erməniləşdirilməsi üçün izlərimizin silinməsi istiqamətində göstərilən səylərə baxmayaraq Azərbaycan dünya hərb tarixində bəlkə də nadir hal kimi dəyərləndirilən addımı ataraq təcavüzkar dövlətə sülh təklifini etdi”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri diqqəti Müzəffər Ali Baş Komandanın çıxışında yer alan mühüm mesajlara yönəldib: “İki ilə yaxın dövrün reallıqları sübut edir ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Düşmənin bu niyyətini ifşa etmək üçün son iki ayda Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların miqyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı çıxışında bu statistikanı açıqladı ki, müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Azərbaycana qarşı müharibə davam edir.

Törədilən təxribatların qarşısının qətiyyətlə alınması bir daha Ermənistana və ona dəstək verən bəzi dünya güclərinə xatırladır ki, Azərbaycan heç vaxt ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan addımları cavabsız qoymayacaq. Ermənistanda mütəmadi olaraq baş qaldıran revanşist qüvvələr “Dəmir yumruq”la yanaşı, “Qisas” və sonuncu Parlaq Qələbə əməliyyatlarını da unutmamalıdırlar”.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı yoxdur ki, orada dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etməsin və dünya güclərinə, nüfuzlu beynəlxalq təşkilatlara mesajlarını çatdırmasın. Bu, bir reallıqdır ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətlərini vəzifələrinə uyğun həyata keçirsəydilər, ən əsası BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi baş verməzdi. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında da bu məqamı xüsusi vurğuladı ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri edilmədi, əksinə, işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.

Artıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, bu günümüzün tamamilə fərqli çağırışlarının mövcud olduğunu diqqətə çatdıran YAP Xətai rayon təşkilatının sədri əlavə edib: “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistana Azərbaycan sülh təklifini edir, ona son şansı verir, təcavüzkar dövlət isə yenə də himayədarlarına arxalanıb sülh müqaviləsini imzalamaq istəmir. Keçirilən görüşlərdə irəli sürülən şərtlər Ermənistan rəhbərliyi tərəfindən qəbul olunur, sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlamağın zəruriliyi bildirilir, konkret məqam yetişəndə isə erməni silahlı qüvvələri sərhəddə təxribatlar törədirlər. Ermənistanın bu gün də yaddaşında işğal dövründəki ərköyünlüyü qalıb. Təcavüzkar dövlət ona uyğun hərəkət etmək istəyərkən unutmamalıdır ki, Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarındakı, 90-cı illərinin əvvəlindəki Azərbaycan deyil. Torpaqlarımız 30 il işğal altında olan zaman xalqımız dünyadan ədalət gözlədi. Sonda bu ədaləti, beynəlxalq hüququ bərpa edən Azərbaycan dövlətinin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz oldu. Dövlətimizin başçısı İlham Əliyevin Laçından səsləndirdiyi “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq” çağırışı da Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. Yeni reallıqları yaradan, postmünaqişə dövrünün gündəliyinin müəllifi olan Azərbaycanın öz ərazi bütövlüyünü qoruması onun beynəlxalq hüququn normalarında təsbit edilmiş suveren hüququdur. Otuz ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir”.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Bu səfərlər çərçivəsində atılan addımlar tarixi Zəfərimizin təqdimatı, Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir. Erməni vəhşiliklərinin, vandalizminin şahidləri olan bu torpaqlarımız qısa zamanda Azərbaycanın öz daxili imkanları hesabına cənnət məkana çevriləcək. Ölkə Prezidenti Laçın rayonuna səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kilovoltluq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Bəli, göründüyü kimi, bu gün torpaqlarımız dağıntılardan xilas olub quruculuq mərhələsini yaşadıqları üçün sanki sevincdən dil açırlar. Tariximizin 30 illik işğal dövrü heç zaman unudulmayacaq. Şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün tarixi torpaqlarımıza qovuşmuşuq. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb”.

“Tezliklə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə dönüşün başlayacağı, Kəlbəcər və Laçına salınan çoxsaylı yolların ərazidə dinamik həyat yaradacağı günümüzün reallıqları sırasında olacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində paylaşımında yer alan “Ay Laçın, Can Laçın 21.09.22” fikirləri özündə bütün məqamları birləşdirir”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb