Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını almalıdırlar

Vüqar Rəhimzadə: Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını almalıdırlar

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Dinc sakinləri milli mənsubiyyətinə görə tamamilə məhv etmək ermənilər tərəfindən hərtərəfli planlaşdırılmış və məqsədi bəlli olan siyasət idi. Beynəlxalq hüquqa əsasən bu kimi vəhşiliklər, cinayətlər, insanlığa qarşı terror aktları soyqırımı kimi dəyərləndirilsə də, təəssüf ki, dünyanın bəzi dövlətləri hələ də ədaləti maraqların arxasında əritmək missiyasını yerinə yetirir. Amma reallıq budur ki, nə qədər tarixi inkar etməyə, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ört-basdır edilməsinə çalışılsa da həqiqətlərə nə zamansa ədalətin gözü ilə baxılacağı məlum idi. Çünki tarix faktlar əsasında yazılır və ermənilər də daim fakt qarşısında aciz olublar. Baxmayaraq ki, qaniçən ermənilər himayədarlarının dəstəyi ilə zaman-zaman qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüblər, hətta buna müəyyən dövrlərdə nail olublar, amma son sözü deyən yenə də tarixi həqiqətlər, real faktlar olur. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da bu faktlar öz əksini tapır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Tarixi faktlar da bu reallığı təsdiqləyir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi idi. Buna görə də Xocalı soyqırımına hüquqi qiymət verilməli və faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü işlər ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra başlanıb. Ümummilli Liderin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2003-cü ildən dövlət başçısı İlham Əliyevin Azərbaycan həqiqətlərinin təbliği istiqamətində atdığı addımlar geniş miqyas alıb. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı olmaqla yanaşı, bu işdə diplomatik uğurlarımızın da roluna işıq saldı. Döyüş meydanında, informasiya cəbhəsində Zəfərimiz dünyaya ədalət, beynəlxalq hüquq, eyni zamanda, tarix dərsi oldu. 30 ildə tarixi inkar yolunu tutan, himayədarlarının dəstəyi ilə yeni-yeni ərazilər zəbt etmək xülyasına düşən ermənilər İkinci Qarabağ müharibəsində aldıqları dərsi heç zaman unuda bilməyəcəklər. Mənfur düşmənə və onlara dəstək verənlərə bir daha sübut olundu ki, onların problemə yalan üzərində, ədalətdən, beynəlxalq hüquqdan uzaq yanaşmaları yalnız müəyyən dövr üçün qəbul oluna bilər.

“Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 2008-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirdi. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırıldı, milyonlarla insan erməni millətçilərinin əsl simasını gördü. Dünya əsl həqiqətləri eşitmək və baş verənləri görmək istəməsə də məcburən də olsa qəbul etdi ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı faciəsi bu vəhşiliyin əyani təzahürü oldu. Soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli tədbirlərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Vüqar Rəhimzadə bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizin hər daşı, qayası erməni vəhşiliklərinə şahidlik edir. Ermənilərin hələ çox da uzaq olmayan bir zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktlarını xatırlamaq kifayətdir ki, onların nə qədər vəhşi bir məxluq olduğunu görək. Bu faciələr dünyanın guya hadisələrə ədalət və beynəlxalq hüquq prinsipləri çərçivəsində yanaşdığı bir zamanda yaşandı. Amma nəticə nə oldu? Yenə də dünya güclərinin seyrçi mövqedə dayanmaları, belə bir faciənin baş vermədiyi barədə görüntü yaratmağa çalışmaları. Bugünümüzün əsas çağırışları sırasında həqiqətlərimizin təbliği, beynəlxalq aləmdə Azərbaycanın zəngin tarixi barədə dolğun məlumatların verilməsidir. O tarix ki, uğurlu səhifələri ilə yanaşı, faciəli anları da vardır. Hər zaman tarixdən ibrət dərsi almalı, başımıza gətirilən faciələri unutmamalıyıq. Baxmayaraq ki, bu gün tarixi Zəfərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh sazişi imzalamaq təklif olunur, bu, keçmişi, mənfur düşmənin törətdiklərini unutdurmaq anlamına gəlməməlidir. Xocalı faciəsi qan yaddaşımızdır. Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq.

Rəşadətli Azərbaycan Ordusunun dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ermənilərin bu əməllərini cavabsız qoymadığını diqqətə çatdıran YAP Xətai rayon təşkilatının sədri qeyd edib: “44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər erməni vəhşilərinə axıtdıqları qanların, Xocalı soyqırımının cavabı oldu. Qələbəmiz nəinki regionu, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində necə torpaqlarımızın işğaldan azad edilməsinə nail olduqsa, eləcə də illərlə azərbaycanlılara və türklərə qarşı törədilən soyqırımların günahkarları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar. Bununla yanaşı, Ermənistan dövləti də Xocalıya və Azərbaycan ərazisində törətdiyi digər qətliamlara görə cavab verməlidir. Eyni zamanda, Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə üzr istəməlidir”. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər