Vyana şəhərinin mərkəzində polislə atışmada cinayətkar dəstənin bir üzvü məhv edilib
Vyana, 3 noyabr, AZƏRTAC
Vyana şəhərinin mərkəzində yerləşən Şvedenplats meydanında polislə naməlum şəxslər arasında atışma olub.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə nəfərdən ibarət qrup və polis arasında atışmada hücumçulardan biri məhv edilib.
Meydanın yaxınlığında yəhudi icmasının Vyanadakı əsas sinaqoqu Şəhər Məbədi yerləşdiyinə görə, ilkin xəbərlərdə hücumun əsas hədəfinin sinaqoq olduğu barədə məlumatlar yayılıb. Yəhudi dini İcmasının Prezidenti Oskar Doyç isə Avstriya Teleradiosuna (ORF) müsahibəsində bildirib ki, onlardakı məlumata əsasən, hücumçular sinaqoqu hədəfə almayıblar. Eyni zamanda, sinaqoqun daim mühafizə edildiyini və həmin saatda məbəddə heç kimin olmadığını qeyd edən O.Doyç hücumun sinaqoqla əlaqəli olduğunu təsdiqləməyib.
Vyana polisinin ilkin məlumatına görə, silahlı dəstənin digər üzvləri ərazidən qaçmağa çalışıblar və hazırda şəhərin mərkəzi ərazilərində cinayətkarların təqibi davam edir.
Baş vermiş hadisənin terror aktı olması araşdırılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbir
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]