VYANADA „BAKI“ KAFESİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Vyana, 9 may (AZƏRTAC). Vyananın mərkəzi rayonlarından birində „Bakı“ kafesinin açılışı olmuşdur. Bu, Azərbaycan adı ilə bağlı Avstriyada açılmış ilk kafedir.
Vyana İqtisad Universitetinin yaxınlığında yerləşən „Bakı“ kafesi gələcəkdə tələbələrin görüş məkanına çevriləcəkdir.
Kafenin rəhbərliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, bu layihəni həyata keçirməkdən məqsəd təkcə Bakı ab-havasını özündə yaşadan məkanda Vyanada yaşayan azərbaycanlıları bir araya gətirmək yox, eyni zamanda yerli sakinlərdə Azərbaycan musiqisi, mətbəxi və adət-ənənələrinə maraq oyatmaqdır.
Qeyd edək ki, kafenin interyeri yüksək zövqlə hazırlanmışdır. Burada Bakı mənzərələrini əks etdirən fotolar, milli ornamentlərlə bəzədilmiş otaqlar qonaqlarda xoş təəssürat oyadır. Arxa fonda səslənən Azərbaycan milli musiqisindən incilər bu mənzərəni tamamlayır.
Kafenin açılış axşamında Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov başda olmaqla diplomatik nümayəndəliyin əməkdaşları, Slovakiyada fəxri konsul Cəlal Qasımov, Vyanada yaşayan həmvətənlərimiz və yerli qonaqlar iştirak etmişlər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]