Vyetnamlı hüquqşünas alim: Xocalı qətliamı birmənalı olaraq soyqırımı cinayəti kimi təfsir olunmalıdır
Hanoy, 26 fevral, AZƏRTAC
“Xocalı qətliamı birmənalı olaraq soyqırımı cinayəti kimi təfsir olunmalıdır”. Bunu Hanoy Hüquq Universitetinin beynəlxalq hüquq fakültəsinin dekan müavini xanım Nquyen Kim Nqan Azərbaycanın Vyetnamdakı səfirliyinin “Xocalı. Soyqırımı və insanlığa qarşı cinayətlər. Cəzasızlığın təntənəsi” mövzusunda Hanoyda keçirdiyi konfransda çıxışı zamanı deyib.
Konfransda dünyanın bir sıra bölgələrində baş vermiş soyqırımı cinayətlərinə hüquqi qiymət verilməsi ilə bağlı təqdimatla çıxış edən hüquqşünas alim Azərbaycanın “Xocalıya ədalət!” tələbi ilə bağlı haqlı mövqeyinin beynəlxalq qurumlar tərəfindən dəstəklənəcəyinə inandığını bildirib.
Nquyen Kim Nqan soyqırımı cinayətlərinin beynəlxalq səviyyədə qarşısının alınmasının vacibliyini vurğulayaraq, bunun üçün həmin əməlləri törədənlərin məsuliyyətə cəlb olunmasının, təqsirkar dövlətlərin isə beynəlxalq ictimaiyyət tərəfindən təcrid edilməsinin əsas şərt olduğunu bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]