“Windows”da şübhə doğuran proqramların yoxlanılması asanlaşacaq
Bakı, 13 avqust, AZƏRTAC
“Windows 10” əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş konteyner əlçatan olacaq. Proqram öz işini bitirən kimi virtual mühit məhv edilir ki, zərərli kod sistemə zərər vurmasın.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, yeni “InPrivate Desktop” funksiyası erkən hazırlama mərhələsindədir və şirkətdə daxili sınaqdan keçirilir. Buna əsaslanaraq, yeni funksiya çətin ki, “Windows 10” sisteminin payıza nəzərdə tutulmuş növbəti böyük yeniləməsində tətbiq olunsun. “InPrivate Desktop” funksiyası əməliyyat sisteminin virtuallaşdırma rejimi aktivləşdirilmiş korporativ versiyasının (“Windows 10 Enterprise”) mövcudluğunu tələb edir. Proqramı “Windows” mağazasından yükləmək mümkün olacaq.
Virtuallaşdırma texnologiyaları “Windows 10” platformasının təhlükəsizlik funksiyalarının əksəriyyətində tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]