“World Skills” təcrübəsinin paylaşılması istiqamətində növbəti beynəlxalq seminar təşkil edilib
Bakı, 26 noyabr, AZƏRTAC
HRD Korea (Koreyanın İnsan Resurslarının İnkişafı üzrə Dövlət Xidməti) təşkilatının təşəbbüsü ilə onlayn formatda seminar təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, seminara “World Skills Azerbaijan” nümayəndə heyəti daxil olmaqla “World Skills International” (WSI) təşkilatına üzv ölkələr, peşə bacarıqları üzrə mütəxəssislər və digər maraqlı tərəflər qatılıb. Görüşdə WSI təşkilatına üzv ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaş ölkələrin təcrübə, tələb və təşəbbüsləri, COVID-19 pandemiyası dövründə gənc peşəkarların innovativ təlim metodları və yarışların təşkili istiqamətində geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
Xatırladaq ki, WSI dövlət, təhsil və özəl sektoru bir çətir altında toplamağa və peşə ixtisasları vasitəsilə rifahın yüksəldilməsinə imkan verən, dünya üzrə peşə təhsili kvalifikasiyasının, peşəkarlıq standartının artırılmasına xidmət edən unikal platformadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]