Xaçmaz meşələrində baş vermiş yanğın söndürülmüşdür
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 2-də saat 17 radələrindən başlayaraq Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 nömrəli meşə dolaylarında yanğın baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəyə səbəb sakinlərin şəxsi pay torpaqlarında meyvə ağaclarının qurumuş budaqlarını yandırması olmuşdur. Küləkli hava şəraiti olduğundan alovun qarşısını almaq mümkün olmamışdır. Nəticədə meşə fonduna məxsus 1 hektar ərazidəki qurumuş budaqlar, quru ot örtüyü və kollar yanmışdır.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumları və Xaçmaz rayon İcra Hakimiyyəti işçilərinin, eyni zamanda, yerli əhalinin birgə səyləri nəticəsində aprelin 3-də gecə saat iki radələrində tam söndürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]