Xaçmazda ağacəkmə kampaniyası çərçivəsində 1500-dən çox ting əkilib VİDEO
Xaçmaz, 8 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 8-də Xaçmazda Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1500 çox ağacın əkildiyi kampaniyanı Xaçmaz Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil edib.
Gəndov-Yalama yolunun kənarında Xaçmaz rayonunun Qaradağ Buduq inzibati ərazi dairəsində salınan yeni yaşıllıq zolaqlarında şam və küknar tingləri əkilib.
Ekoloji aksiyaya rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri olmaqla, ümumilikdə, 500-dən çox könüllü qoşulub.
Ağacəkmə aksiyası rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcək.