Xaçmazda bir gündə mindən çox şam ağacı əkilib VİDEO
Xaçmaz, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama kəndi ərazisində keçən hissəsinin kənarlarında mindən çox şam ağacı əkilib. Yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb.
Aksiyanın əsas məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.