Xalça Muzeyində “Xocalı – qan yaddaşımız” adlı tədbir keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı - qan yaddaşımız” adlı tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Xalça Muzeyinin “Şuşa filialı”nın birgə hazırladığı “Xocalı - qan yaddaşımız” adlı anım tədbirini keçirməkdə məqsəd xalqımızın başına gətirilən bu faciəni unutmamaq, gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə mövzu ilə bağlı çıxışlar dinləniləcək və “Xocalı vaxtı” sənədli film təqdim ediləcək.
Tədbirin bədii hissəsində Şuşa Rayon Mədəniyyət Evi tərəfindən hazırlanan “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya və Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]