Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoyub

Bakı, 27 noyabr, AZƏRTAC

1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə, Azərbaycan türk dünyasında və müsəlman Şərqində ilk Xalq Cümhuriyyətini quraraq adını tarixə yazdırdı. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Cümhuriyyətin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Sərəncam imzaladı. Bu Sərəncamın imzalanması, eyni zamanda, Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmasının ifadəsi idi.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin Xalq Cümhuriyyətinin tarixi ilə bağlı apardığı tədqiqatlara dair qeydlərini təqdim edir.

Milli Şurada 26 nəfərdən 24-ü Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə səs verdi

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında baş verən çevriliş ilə hakimiyyətdən getdi. Ona görə də, Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflis şəhərində Azərbaycan, Gürcüstan, Ermənistan və Qafqazın digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı Zaqafqaziya Seymini qurdular. Seymdə müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin aparıcı və fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Seymdəki Azərbaycan fraksiyası iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldi. İclasda Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədrin müavinləri seçildilər. 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı dövləti ilə danışıqlar apardığından iclasda iştirak edə bilmədiyi üçün onun yerinə iclasa sədr müavini Həsən bəy Ağayev sədrlik etmişdi. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla mayın 28-də Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul edərək, Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etdi. İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Azərbaycan xalqının ilk Cümhuriyyət yaratması dünyaya bəyan edildi. Azərbaycan Milli Şurasının həmin iclasında, eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə AXС-nin birinci hökuməti quruldu. Müstəqilliklərini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, 1918-ci il iyunun 4-də ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan Dostluq və Əməkdaşlıq Müqaviləsinə Azərbaycan tərəfdən Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmməd Həsən Hacınski imza atdı. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə ilə imzalanan müqavilənin üçüncü maddəsi Azərbaycanın torpaq və ərazi bütövlüyü, dördüncü maddə isə Türkiyənin Azərbaycana siyasi və hərbi köməyi ilə əlaqədar idi. Azərbaycanın müstəqilliyini qorumaq və daşnak, eser, menşevik, bolşevik və başqa qüvvələrdən təmizləmək məqsədilə Azərbaycan hökuməti Osmanlı dövləti ilə imzalanan müqavilənin dördüncü maddəsini əsas götürərək hərbi kömək istədi. Bu istək 3-cü ordu komandanı Məhməd Vəhib Paşaya da bildirildi və vəziyyəti yerində araşdırmaq üçün 6-cı ordu komandanı və 3 zabit bölgəyə göndərildi. Muzaffər Əfəndinin rəhbərlik etdiyi heyətin araşdırmaları nəticəsində hazırlanan və təqdim edilən raporta əsasən Azərbaycana kömək üçün ordu göndərmək qərara alındı.

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü

Gəncədə vəziyyət nisbətən sabit idi. Buna baxmayaraq, erməni daşnak dəstələri və Bakı Sovetinə bağlı könüllülər Gəncənin rus və erməni məhəllələrində barrikada quraraq şəhərin bir hissəsinə nəzarət edirdi. Nuru Paşanın komandanlığında Gəncəyə gələn Qafqaz İslam Ordusunun bir qrupu və Azərbaycan birliklərinin birgə apardıqları döyüş əməliyyatları ilə şəhər düşmən qüvvələrdən təmizləndi. Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. İyunun 17-də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. İyunun 19-da isə hökumət Azərbaycandakı gərginliyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. Bakı neftinə marağı olan Almaniya Gürcüstan hökumətinə təsir edərək Bakının azad edilməsinə mane olmaq istəyirdi. Bu məqsədlə Osmanlı ordusuna mənsub 5-ci diviziyanın Gürcüstan dəmir yolu ilə Bakıya gəlməsinə icazə vermədi. Buna baxmayaraq, Mürsəl Paşanın komandanlığındakı diviziya döyüşə-döyüşə Gümrü-Dilican-Ağstafanı keçərək Gəncəyə gəldi. Ənvər Paşanın əmri ilə qurulan Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığındakı Osmanlı ordusuna mənsub 5-ci piyada diviziyası və general-leytenant Əliağa Şıxlınskinin başçılıq etdiyi Müsəlman Korpusu əsasında yaradılmışdı. Ordunun tərkibinə 12 min əsgər və zabit daxil idi. Daha sonra Türkiyədən gələn və Azərbaycandan qoşulanlar ilə birlikdə əsgər sayı 20 minə çatmışdı.

Bakının azad olunması münasibətilə sentyabrın 16-da hərbi parad keçirildi

Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti hökuməti iyunun 10-da yeni qurulan Xalq Cümhuriyyətini devirmək üçün Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilən bu ordu keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl törədirdi. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Sovetinin ordusu Göyçaya doğru irəliləməyə çalışarkən Qafqaz İslam Ordusunun müqaviməti ilə qarşılaşdı. İki həftə davam edən qanlı döyüşdə Bakı Soveti ordusu məğlub oldu və ağır itki verərək müqavimət gücünü itirdi. Bu, müharibənin dönüş nöqtəsi idi. İyunun 20-də strateji bölgə olan Şamaxı azad edildi. Ard-arda məğlubiyyət Bakı Soveti hökumətinin sonu oldu. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verdi. Onun yerinə 1918-ci il avqustun 1-də Bakıda ingilislərin köməyi ilə daşnak-eser-menşeviklərdən ibarət daha qəddar olan “Sentrokaspi” diktatura hökuməti quruldu. Bütün bunlar Qafqaz İslam Ordusunun qələbə əzminə mane ola bilmədi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu həlledici hücumla Bakını azad etdi. Bu, Cümhuriyyətin yaranmasından sonra xalqımızın tarixində ikinci mühüm hadisə idi. Sentyabrın 16-da şəhərdə Bakının azad olunması münasibətilə hərbi parad keçirildi. Ertəsi günü isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı Cümhuriyyətin yeni paytaxtı elan edildi.

Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycan hökuməti bölgələrdə də öz hakimiyyətini qura bildi. Qısa müddətdə Türkiyə, Gürcüstan, Ermənistan, İran, Ukrayna, Litva, Polşa, Hollandiya, ABŞ, Belçika, İtaliya, Yunanıstan, Fransa, İngiltərə, Danimarka, İsveçrə, Finlandiya və başqa dövlətlərlə diplomatik münasibətlər quruldu, səfirlik, baş konsulluq, konsulluq səviyyələrində əlaqələr yaradıldı.

General Tomson Azərbaycan hakimiyyətini ciddi siyasi qüvvə olaraq tanıdı

Birinci Dünya müharibəsinin şərtləri, tarixi şərait Azərbaycanın əleyhinə idi. 1918-ci il oktyabrın 30-da imzalanan “Mudros müqaviləsi”nin şərtlərinə görə, Birinci Dünya müharibəsində məğlub sayılan Türkiyə ordusu Azərbaycanı tərk etdi və Qafqazda nəzarət Antanta qüvvələrinin əlinə keçdi. Azərbaycan və Bakının azad edilməsində mühüm yeri olan türk ordusunun Azərbaycandan ayrılması Cümhuriyyət üçün çətinliklər yaratdı. Noyabrın 17-də general Tomsonun başçılıq etdiyi ingilis qoşunları “Mudros müqaviləsi”nə əsasən, Azərbaycana daxil oldu. Azərbaycan hökumətinin düzgün və çevik siyasəti nəticəsində general Tomson Azərbaycan hakimiyyətini ciddi siyasi qüvvə olaraq tanıdı. Dekabrın 28-də isə Bakının general-qubernatoru Tomson Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tanınması haqqında deklarasiya imzalayaraq parlamentin açılışına mane olmayacağını bildirdi.

Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycanda ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentinin yaradılması haqqında qanun qəbul olundu.

Cümhuriyyət Parlamentində 270-dən çox qanun layihəsi müzakirə olundu, onlardan 230-a yaxını qəbul edildi

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi oldu. Məhəmməd Əmin Rəsulzadənin açılış çıxışı ilə parlamentin ilk iclası işə başladı. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə Həsən bəy Ağayev sədrlik edirdi. 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti belə idi: “Müsavat” və bitərəflər fraksiyası 38 nəfər, “İttihad” 13 nəfər, “Əhrar” 6 nəfər, “Sosialistlər” bloku 13 nəfər, partiyasızlar 4 nəfər, müstəqillər 3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası 5 nəfər, erməni fraksiyası 5 nəfər, “Daşnaksutyun” fraksiyası 6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası 4 nəfər.

Cümhuriyyətin parlament tarixi 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək, cəmi 17 ay davam etdi. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də saat 13:00-da, son iclası isə 1920-ci il aprelin 27-də keçirildi. Bu dövrdə parlamentin cəmi 145 iclası oldu. Müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı, onlardan 230-a yaxını qəbul edildi. Bütün bu iclaslarda parlament İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etdi. Bütün bu qanun və qərarlar nəticə etibarilə hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. AXC “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq” ideya və prinsiplərini əsas götürmüşdü. Hökumət tərəfindən 1918-ci il iyunun 24-də əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 1918-ci il noyabrın 9-da həmin bayraq üç rəngli - mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəzləndi. Həmin il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” Qanun imzalandı. Lakin milli dildə mövcud kadr çatışmazlığını nəzərə alaraq, dövlət idarələri də daxil olmaqla, bir çox yerdə müvəqqəti olaraq rus dilindən də istifadə etmə hüququ verildi. Hökumətin aldığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb olundu.

30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaradıldı

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. 1918-ci il iyunun 26-da “Azərbaycan Milli Ordusunun yaradılması haqqında” qanun qəbul olundu. Avqustun 11-də isə ümumi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldı. Sentyabrın 1-də Hərb Nazirliyinin yaradılması ilə əlaqədar qərar qəbul olundu. Həmin il dekabrın 25-də general Səmədağa Mehmandarov hərb naziri, general Əliağa Şıxlinski hərb nazirinin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Nizami ordu qurmaq məqsədi ilə büdcədən 400 milyon manat vəsait ayrılmışdı. Xalqın da fədakarlığı ilə 1920-ci ilin yanvar ayında ordu quruculuğu işi tamamlandı və Azərbaycan 30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaratdı.

Azərbaycan ABŞ, Almaniya, Fransa və İsveçrədən əvvəl qadına seçmək və seçilmək hüququ vermiş ölkə kimi tarixə düşdü

Azərbaycan dinc, mədəni, qonaqpərvər, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyətdir. Cümhuriyyət dövründə də multikultural dəyərlər qorunub və qanunla dəstəklənib. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında Əsasnamə”ni təsdiq etdi. Əsasnamə 4 fəsildən və 116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdi. Türk dünyasında və müsəlman aləmində ilk dəfə qadına seçmək və seçilmək hüququ verən ölkə məhz Azərbaycan oldu. Bu, dünya tarixi üçün mühüm hadisə idi. Beləliklə, Azərbaycan ABŞ, Almaniya, Fransa və İsveçrədən əvvəl qadına seçmə və seçilmə hüququ vermiş ölkə kimi tarixə düşdü. Həmin il avqustun 11-də parlamentdə qəbul edilən “Azərbaycan vətəndaşlığı haqqında” Qanuna görə, “Özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri, milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunur” deyilirdi. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, hökumət elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqətdə saxlayırdı. Orta tədris məktəblərinin yarısı milliləşdirildi və məktəblərdə milli tarix tədris olunmağa başladı. Məktəblərdə Azərbaycan dili məcburi tədris dili hesab edildi. Ölkədə müxtəlif dərəcəli məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açıldı. Xəstəxanalar tikilir, kənd yerlərində feldşer məntəqələri şəbəkəsi yaradılır, ağır xəstəliklərə qarşı mübarizə aparılırdı. 1919-cu il martın 7-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edildi. Sentyabrın 30-da isə Dövlət Bankının təntənəli açılışı oldu.

Bundan əlavə, Bakı Dövlət Universitetinin təsis olunması, Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanunların qəbul edilməsi də mühüm hadisələr idi. Dövlət hesabına yüzə yaxın gənc ali təhsil almaq üçün Türkiyə və Avropanın müxtəlif universitetlərinə göndərildi. 1919-cu ilin oktyabr ayında mətbuat üzərindən senzura götürüldü və mətbuat azadlığı elan edildi.

Daxili və xarici ticarəti dirçəltmək məqsədilə ticarət donanmasının fəaliyyəti bərpa olundu və 1919-cu ilin yayında Bakını tərk edən ingilislər hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə verdilər və həmin gəmilər hesabına Azərbaycan Xəzər Donanması yaradıldı.

Antanta Ali Şurası Azərbaycanı müstəqil respublika kimi tanıdı

AXC hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması sahəsində böyük iş aparırdı. Bununla bağlı parlament 1918-ci il dekabrın 28-də Ə.Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi barədə qərar qəbul etmişdi. Azərbaycan nümayəndə heyəti Parisdə İran heyəti ilə 1919-cu il noyabrın 1-də müstəqilliyin tanınması və diplomatik münasibətlərin yaradılması ilə bağlı müqavilə imzalamışdı. Parisdə səkkiz ay davam edən mübarizə nəticəsində İngiltərənin xarici işlər naziri Lord Kerzon Azərbaycanın müstəqilliyinin tanınması təklifini irəli sürdü. Bundan bir müddət sonra, yanvarın 11-də Antanta Ali Şurası Azərbaycanın müstəqil respublika kimi tanınması ilə əlaqədar qərar qəbul etdi. “Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan dövlətini de-fakto tanıyırlar” məzmunlu qərar 1920-ci il yanvarın 11-də verildi. Bu tarixi hadisə Azərbaycanda dövlət və xalq tərəfindən sevinclə qarşılandı və dövlət tədbiri ilə qeyd olundu.

Azərbaycan hökuməti yaxın qonşularla münasibətlərə və sərhəd məsələlərinə xüsusi önəm verirdi. O dövrdə Cümhuriyyətin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvatratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr mübahisəli ərazi vardı. Azərbaycan əhalisi 2 milyon 862 min nəfər idi ki, onun da 70 faizini müsəlmanlar təşkil edirdi. Aparılan gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin “böyük Ermənistan” qurmaq arzusu və ərazi iddiaları səbəbindən bu dövlətlə münasibətləri normallaşdırmaq mümkün olmamışdı. Cümhuriyyət dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdu.

Xarici işlər naziri Fətəli xan Xoyski sovet hökumətindən Azərbaycanın müstəqilliyini qeyd-şərtsiz tanınmasını istədi

Şimal qonşusu olan Rusiya ilə münasibətlər də gərgin olaraq qalırdı. 1920-ci ilin yanvar-mart aylarında Sovet Rusiyasının xarici işlər komissarı Georgi Çiçerin göndərdiyi notalar ilə Azərbaycan hökumətinə Denikin əleyhinə hərbi ittifaq təklif etmişdi. Azərbaycanın xarici işlər naziri F.Xoyski isə cavab notasında Denikinlə mübarizənin Rusiyanın daxili işi olduğunu, Cümhuriyyətin buna qarışmaq niyyətində olmadığını bildirmiş və hər dəfə cavabında da sovet hökumətindən Azərbaycanın müstəqilliyini qeyd-şərtsiz tanınmasını istəmişdi. Azərbaycana qarşı həyata keçirilən planlarda sovet hökuməti öz hərəkətlərini Azərbaycandakı daşnak və bolşeviklər ilə sıx əlaqələndirirdi. Məhz Moskvanın təhriki ilə daşnaklar və bolşeviklər 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bolşevik planının bir hissəsi olan bu qiyamların qarşısını almaq məqsədilə Azərbaycan hökuməti özünün əsas qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI Qırmızı ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı. Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək, ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar.

Azərbaycan Parlamenti qan tökülməməsi üçün hakimiyyətin kommunistlərə verilməsi barədə qərar çıxardı

1920-ci ilin aprelində Denikinin qoşunlarının məğlub edən XI Qırmızı ordu hissələri Azərbaycan sərhədlərinə çıxdı. Aprelin 15-də F.Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi ki, "hazırda Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, ordunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz". Lakin Çiçerin Azərbaycan hökumətinin notasını cavabsız qoydu. Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxilə qərarı verilmiş və hərəkətə keçilmişdi. Bakıdakı Kommunist Partiyasının erməni rəhbəri Anastas İvanoviç Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI Qırmızı ordunu Azərbaycana dəvət etmişdi. XI Qırmızı ordunun komandanlığı ilə razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bu da, dünya ictimaiyyətində “Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur” fikri yaratmaq məqsədi daşıyırdı. Lakin Bakıda qiyama ehtiyac olmadı. Aprelin 27-də XI Qırmızı ordu hissələri Azərbaycan ərazisinə daxil olaraq Bakıya doğru irəliləməyə başladılar. Buna səbəb isə Gəncə və Qarabağdan Azərbaycan ordusu köməyə gəlməmiş Bakı və Bakıya qədər olan bölgələri işğal etmək idi. Az sayda olan ordu bölmələri düşmənə müqavimət göstərə bilmədi. Bolşeviklərin əlinə keçmiş hərbi gəmilərin topları parlament binasına tuşlanmışdı. XI Qırmızı ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan Parlamenti həmin gün axşam saat 22-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı və bir gün sonra - 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament tarixində dərin və zəngin iz qoydu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb