Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin martı

Bakı, 29 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 mart. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ordu quruculuğuna həsr olunmuş müşavirə keçirdi.

4 mart. Kənd təsərrüfatı problemlərinin həlli ilə bağlı müşavirədə çıxış etdi.

Cəbhəyanı bölgələrin icra hakimiyyəti aparatlarının rəhbərləri ilə görüşdü.

6 mart. BMT-nin nümayəndə heyətini qəbul etdi.

7-11 mart. Çin Xalq Respublikasında rəsmi səfərdə oldu.

12 mart. Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

13 mart. Respublika din xadimlərinin bir qrupu ilə görüşdü.

14 mart. Ramazan bayramı münasibətilə Şüvəlanda Mirmöhsün ağanın qəbrini və Nardaran pirini ziyarət etdi.

Buzovnada Həzrət Əli qədəmgahı məscid-ziyarətgahında, Maştağa qəsəbəsində Cümə məscidində oldu.

15 mart. Dünya Bankının departament direktorunu və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini ayrı-ayrılıqda qəbul etdi.

18 mart. Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş “Müharibə vaxtı insanpərvərlik” mövzusunda sərginin açılışında iştirak etdi.

19 mart. Cəbhə bölgələrindəki vəziyyətlə bağlı müşavirə keçirdi.

20 mart. Novruz bayramı münasibətilə xalqa müraciət etdi.

21 mart. Nizami meydanında keçirilən Novruz bayramı şənliklərində çıxış etdi.

26 mart. Məşhur cərrah Cavad Heyətlə görüşdü.

29-30 mart. Milli Məclisin 1990-cı il 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etdi.

30 mart. Pambıq səpininə hazırlıqla əlaqədar müşavirə keçirdi.

X X X

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıtdığı dövrdə ölkə dərin iqtisadi böhran içərisində idi. Ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, dahi rəhbər iqtisadiyyatın dirçəldilməsi, eləcə də əhalinin ərzaqla təmin edilməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir, bu sahədə islahatlar aparılmasını zəruri hesab edirdi. 1994-cü il martın 4-də kənd təsərrüfatı problemlərinə dair müşavirədə nitq söyləyən Prezident Heydər Əliyev bu sahədə daxili imkanlardan istifadə edilməsinin vacibliyini vurğuladı.

Sitat: Respublikanın böhran vəziyyətində, müharibə şəraitində olması müstəqil Azərbaycanı həddindən ziyadə ağır vəziyyətə salmışdır. Bunlar hamısı əhalinin həyat tərzinə mənfi təsir edir və ümumiyyətlə, respublikanın bu günü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq eyni zamanda xalqımız, ictimaiyyət bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq...

Biz elə bu şəraitdə, bu dövrdə çox iş görə bilərik. İndi artıq mart ayıdır. Yaz tarla işləri sürətlə aparılmalı, hər bir təsərrüfat, hər bir rayon öz imkanlarından istifadə etməli, Kənd Təsərrüfatı Nazirliyi, başqa nazirliklər, müvafiq orqanlar, Nazirlər Kabineti bu məqsədlə bütün daxili imkanları səfərbərliyə almalıdırlar.

Müstəqil Azərbaycan Respublikasının digər dövlətlərlə münasibətlərinin yaradılmasında Heydər Əliyevin böyük xidmətləri oldu. Bu baxımdan Azərbaycan-Çin münasibətlərini qeyd etmək olar. Azərbaycan Prezidenti martın 7-dən 11-dək Çin Xalq Respublikasında (ÇXR) ilk rəsmi səfərdə oldu. ÇXR-in sədri Tszyan Tszemin və Dövlət Şurasının Baş naziri Li Pen ilə görüşdü. Səfər çərçivəsində iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, habelə hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, tibb, radio və televiziya, turizm sahəsində, investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə sənədlər imzalandı. Martın 8-də mətbuat konfransı keçirən Heydər Əliyev səfərin ilkin yekunlarından razılıqla bəhs etdi. Eyni zamanda bunu da vurğuladı: “Azərbaycan gənc müstəqil dövlətdir, öz tarixinin çətin mərhələsini yaşayır. Buna görə də çox vacibdir ki, Azərbaycanla Çin kimi böyük dövlət arasında yüksək səviyyədə əlaqələr yaradılmış və münasibətlərimizin daha da müvəffəqiyyətlə inkişaf etməsi üçün perspektiv açılmışdır. Biz buna böyük əhəmiyyət veririk, çünki Çin Xalq Respublikası dünya iqtisadi sistemində mühüm yer tutur, beynəlxalq həyatda və dünya siyasətində böyük nüfuza malikdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”.

Ulu Öndər mətbuat konfransında Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, münaqişənin həll olunması üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin, o cümlədən Çinin səylərini birləşdirməyin vacibliyini də diqqətə çatdırdı.

Martın 9-da Prezident Heydər Əliyev Pekində Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində çıxış edərkən Azərbaycan haqqında, ikitərəfli münasibətlər barədə danışdı. Səfər çərçivəsində, həmçinin Çinin Şanxay şəhərinə gedərək buradakı azad iqtisadi zona, Çin iqtisadi modeli ilə tanış oldu.

Dahi rəhbər respublikada hakimiyyətə qayıtdığı dövrdə cəmiyyətin dini-mənəvi həyatında bir sıra ziddiyyətlər mövcud idi. Bu vəziyyət Heydər Əliyevi dərindən düşündürür, dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytarmağı vacib hesab edirdi. Ramazan bayramı münasibətilə Şüvəlanda Mirmöhsün ağanın qəbrini və Nardaran pirini ziyarət edən Ulu Öndər ziyarətgahlara toplaşan insanların qarşısında çıxışları zamanı oruc tutmağın fəzilətləri barədə danışdı, eyni zamanda, hər kəsi Vətənin müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa səslədi: “Xalqımız milli azadlığa çıxıb, dövlətimiz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimizi necə istəsək, elə də quracağıq. “Ev” deyəndə, mən Azərbaycanı nəzərdə tuturam. Yaxşı çalışsaq, bu evi isıqlı quracağıq. Əgər biganə qalsaq, bəzi hallarda pozğunluğa yol versək bu binanı yaxşı tikə bilməyəcəyik. Gəlin hamımız əl-ələ verərək müstəqil Azərbaycanın, böyük Azərbaycan xalqının binasını, möhtəşəm binanı birlikdə gözəl tikək.

Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən sizi - gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram”.

Milli ənənə və dəyərlərə böyük önəm verən Ulu Öndər Azərbaycanda hələ sovet rejimi dövründə Novruz bayramının xalq arasında yaşadılması üçün şərait yaratmışdı. Novruzun cəmiyyət həyatındakı yerini və rolunu düzgün dəyərləndirən Heydər Əliyev bu bayramı milli ideologiyamızın sütunlarından biri kimi əbədiləşdirdi. 1994-cü il martın 20-də Ulu Öndərin Novruz bayramı münasibətilə xalqa təbriki bu baxımdan səciyyəvidir.

Sitat: Azərbaycan xalqı milli azadlığa nail olmuşdur. Azərbaycan müstəqil dövlətdir, dünya birliyi tərəfindən tanınmış və bu birlikdə layiqli yerini tutmuşdur. Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı indi Azərbaycan Respublikasının dövlət bayramıdır.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində - martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilmiş, 14 nəfər həlak olmuşdu. Bunu böyük faciə adlandıran Ulu Öndər xalqa müraciətində bu əziz bayramın ağır şəraitdə keçirildiyini, Vətənimizin müdafiəsi uğrunda döyüşlərin davam etdiyini vurğulayırdı: “Qəhrəman Azərbaycan Ordusunun hissələri erməni silahlı qüvvələrinin hücumlarına layiqli cavab verir, elimizin, yurdumuzun müdafiəsində etibarlı dayanır və yüksək rəşadət göstərirlər. Bu müharibə Vətən müharibəsidir! Xalqımız Vətənini, torpağını müdafiə etmək üçün ayağa qalxmışdır! İlk addımlarını atan gənc Azərbaycan Ordusu odlu cəbhələrdə döyüş qabiliyyətini gündən-günə artırır. Mən Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini təbrik edirəm. Onlar cəbhədə, səngərlərdə öz sinəsini, qeyrətini, cəsarətini düşmənlərimizə qarşı sipər etmişlər. Mən qəhrəman Azərbaycan övladlarını təbrik edirəm!”

Novruz bayramı günündə Ulu Öndər Bakıdakı Mərkəzi hospitalda yaralı hərbi qulluqçulara baş çəkdi, Binəqədi rayonundakı Həkim-Əmək Ekspertizası və Əlillərin Sosial-Müdafiəsi Mərkəzində oldu, Səttar Bəhlulzadə adına salonda Azərbaycan rəssamlarının Novruz sərgisinə baxdı, Şəhidlər xiyabanını ziyarət etdi.

Ulu Öndər hakimiyyətə qayıtdığı ilk illərdə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi məqsədilə davamlı tədbirlər görürdü. Bu addımlardan biri də 1994-cü il yanvarın 5-də “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanın imzalanması oldu. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi üçün xüsusi sessiya keçirmək tövsiyə edilirdi. Beləliklə, Milli Məclis 1994-cü il martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi. Həmin Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb