Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin oktyabrı

Bakı, 14 oktyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

 X X X

6-7 oktyabr. Prezident Heydər Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Kişinyovda səfərdə oldu. Səfər çərçivəsində Moldova, Ermənistan, Gürcüstan və Rusiya prezidentləri ilə görüşlər keçirdi.

10 oktyabr. Bakıda “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: Terrorizmə və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfransda çıxış etdi.

11 oktyabr. Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley tədbirində nitq söylədi.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin yeni binasının açılış mərasimində iştirak etdi.

13-16 oktyabr. İqtisadi Əməkdaşlıq Təşkilatının VII Zirvə görüşündə iştirak etmək üçün Türkiyədə səfərdə oldu. Səfər zamanı Türkiyə, Pakistan, İran, Əfqanıstan prezidentləri ilə danışıqlar apardı, türkiyəli iş adamları ilə görüşdü. Həmçinin Türkiyə və bu ölkədə akkreditə olunmuş xarici KİV nümayəndələri üçün mətbuat konfransı keçirdi, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etdi.

17 oktyabr. Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitq söylədi.

24 oktyabr. Hüseyn Cavidin ev-muzeyinin açılış mərasimində iştirak etdi.

25 oktyabr. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının təqdimatına həsr olunmuş ümummilli konfransda nitq söylədi.

29 oktyabr. Rumıniya Prezidenti İon İliyesku ilə təkbətək görüşdü.

30 oktyabr. Bolqarıstanın sabiq Prezidenti Jelyu Jelev başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etdi.

Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitq söylədi.

X X X

2002-ci il oktyabrın 10-da Bakıda “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizmə və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfrans müasir demokratik cəmiyyətdə, habelə münaqişələrin aradan qaldırılmasında, terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin və əqidənin rolu kimi mühüm məsələlərin müzakirəsinə, Böyük İpək yolu məkanında dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətinə həsr olunmuşdu.

Tədbirdə çıxış edən Ulu Öndər iştirakçıların əsas diqqətini Azərbaycanın Ermənistan tərəfindən terrora məruz qalmasına, keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi 20 Yanvar qırğınına yönəltdi. Qeyd etdi ki, 1987-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında cərəyan edən hadisələr zamanı minlərlə insan qətlə yetirildi, bir milyondan çox azərbaycanlı, məcburi köçkünə və qaçqına çevrildi. Həmin dövrdə SSRİ rəhbərliyi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün mərkəzin yeritdiyi məqsədyönlü siyasətə qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına açıq-aşkar divan tutmaq yolunu seçdi.

Münaqişənin getdikcə dərinləşdiyi və çoxsaylı insan itkisinə səbəb olduğunu vurğulayan Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri xatırlatdı və bildirdi ki, əgər Ermənistanın işğalçılıq siyasətinin, erməni terror dəstələrinin əməllərinin qarşısı vaxtında alınsaydı, iki qonşu xalq bu qədər böyük faciələrlə üzləşməzdi. Ulu Öndər onu da diqqətə çatdırdı ki, Azərbaycanın işğal olunmuş ərazisində silah və narkotik tranziti, çirkin pulların yuyulması ilə məşğul olan müxtəlif beynəlxalq terrorçu təşkilatları üzvləri sığınacaq tapıb və “buna son qoymaq bizim borcumuzdur”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının illər boyu kağız üzərində qalan qətnamələrinin icrasını, nəhayət Azərbaycan özü təmin etdi. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə doğma torpaqlarımız düşmən işğalından azad edildi. Bu il sentyabrın 19-da başlayan və 24 saatdan da az davam edən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi, Qarabağda separatçılıq fəaliyyətinə, terrorçu dəstələrin mövcudluğuna birdəfəlik son qoyuldu.

Prezident Heydər Əliyev idmanı hər bir ölkənin, xüsusən dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dünyada tanınmasında və təbliğində mühüm vasitələrdən biri hesab edirdi. Buna görə də respublikamızda digər sahələr kimi, bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət ayrılır, idmançılar hərtərəfli qayğı ilə əhatə olunurdu. Nəticədə Azərbaycanda Olimpiya Hərəkatı ilbəil geniş vüsət alır, idmançılarımız xalqımızı parlaq qələbələrlə sevindirirdi. Ulu Öndərin ölkədə idmanın inkişafı və genişlənməsi istiqamətində gördüyü işlər mahiyyətinə və miqyasına görə son dərəcə böyükdür. Azərbaycan idmançılarının Sidney Olimpiya Oyunlarında uğurlu çıxışı bunun bariz sübutu oldu. Heydər Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 10 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qazanılan bu və digər uğurlardan danışdı.

Sitat: Sidney Olimpiya Oyunlarında bizim Milli Olimpiya Komitəmiz həqiqətən böyük uğur qazandı. Əgər nəzərə alsaq ki, Sidney oyunlarından cəmi üç il qabaq Milli Olimpiya Komitəsinin yeni tərkibi seçilmişdi, qısa müddətdə o qədər idmançı hazırladılar, 30-dan çox idmançı lisenziya aldı, Sidneyə getdi və üç nəfər medal qazandı. İkisi qızıl, biri bürünc medal aldı. Səkkiz nəfər diplom aldı... Demək, imkanlar var. Mən inanıram ki, Milli Olimpiya Komitəsi bu gün burada bəyan etdiyi vədləri yerinə yetirəcək, Afina Olimpiya oyunlarına daha çox və yüksək səviyyəli idmançılar hazırlayıb aparacaqdır. Oradan Azərbaycana yeni medallar gətirəcəkdir.

Ulu Öndər Heydər Əliyevin MOK və idmançılarımızla bağlı gözləntiləri sonrakı illərdə tamamilə doğruldu. Azərbaycan indiyədək Olimpiya Oyunlarında 49 medal qazanıb. Bunların 7-si qızıl, 14-ü gümüş, 28-i bürünc medallardır. Hazırda idman ölkəsi kimi ad çıxaran Azərbaycan mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Ölkəmizdə 53 idman federasiyası, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Paytaxt Bakı ilə yanaşı, regionların bir çoxunda müasir olimpiya kompleksləri, idman qurğuları tikilərək istifadəyə verilib. Son 15 ildə idmançılarımız beynəlxalq yarışlardan ölkəmizə 1000-dən çox medalla qayıdıblar.

2002-ci il oktyabrın 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Dövlət Başçılarının VII Zirvə görüşü keçirildi. Sammitdə çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün bərqərar olmasını və insanların firavanlıq, əmin-amanlıq şəraitində yaşamasını bəşəriyyətin qarşısında duran ən mühüm vəzifə olduğunu vurğuladı. Ulu Öndər bu vəzifələrin öhdəsindən gəlmək üçün regional təşkilatların, o cümlədən İƏT-in məqsədyönlü fəaliyyət göstərməsinin zəruriliyini bildirdi, habelə qeyd etdi ki, Azərbaycan etnik separatizm və bunun nəticəsi olan terrorçuluqla təkbaşına mübarizə aparır.

X X X

Heydər Əliyevin İƏT üzvü olan ölkələrin dövlət başçılarının VII Zirvə görüşündəki nitqindən

• Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının qarşısında duran əsas vəzifələrdən biri də dünya miqyasında yoxsulluğun azaldılması işinə öz töhfəsini verməkdir. 350 milyona yaxın insanın yaşadığı regionu əhatə edən İqtisadi Əməkdaşlıq Təşkilatı yoxsulluğun azaldılması üçün xüsusilə dövlətlərarası əməkdaşlığı inkişaf etdirməli və birgə layihələrin həyata keçirilməsini təşviq etməlidir. Bu məqsədlə yeni iş yerlərinin açılması üçün regional investisiya layihələrinin təşviqini və ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşlarının həvəsləndirilməsini zəruri hesab edirik. Azərbaycan Respublikası adından deyə bilərəm ki, ölkəmizə xarici investisiyaların cəlb olunması üçün son illərdə mühüm işlər aparılmış, müvafiq hüquqi baza yaradılmış, bazar iqtisadiyyatına keçid və dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli addımlar atılmışdır.

• Biz neçə ildir ki, Azərbaycanda etnik separatizm və bunun nəticəsində yaranmış terrorçuluqla təkbaşına mübarizə aparırıq. Qonşu Ermənistanın Azərbaycana qarşı 14 il əvvəl əsassız ərazi iddiaları ilə başladığı hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından zorla çıxarılaraq qaçqın və köçkünə çevrilmişdir. Bu münaqişə nəticəsində 35 min azərbaycanlı öz torpaqlarında həlak olmuş, yaxud qətlə yetirilmişdir. İşğalın nəticələri ölkəni ciddi iqtisadi və sosial problemlərlə üz-üzə qoymuşdur.

• Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır. Biz müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Lakin Ermənistanla belə əməkdaşlıq yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra mümkün ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb