XANƏNDƏNİN TƏBRİZƏ QASTROL SƏFƏRİ UĞURLA KEÇMİŞDİR
C.Əkbərov AZƏRTAC-ın müxbirinə demişdir ki, İranın Mədəniyyət və İslami-İrşad Nazirliyinin Təbrizdəki idarəsinin baş müdiri Xosrov Sərtibinin dəvəti ilə edilmiş səfər zamanı mədəniyyətimizin elçiləri bu şəhərdə bir həftə ərzində dörd konsert vermişlər. 800 nəfərlik konsert salonunda “Rast” klassik muğamı ilə başlanan çıxışlar “Qarabağ” şikəstəsi ilə sona yetmışdır.
Təbrizli musiqisevərlər əməkdar artistlər, tarzən Möhlət Müslümovun, kamançaçı Fəxrəddin Dadaşovun, qarmonçu Zakir Mirzəyevin və nağaraçı Elşən Qasımovun yüksək ifaçılıq məharətini sürəkli alqışlarla qarşılamışlar.
“Körpü” jurnalında musiqiçilərimizlə redaksiya heyətinin görüşü keçirilmiş, burada Azərbaycan klassik muğamlarının, o cümlədən zərb muğamlarının, xalq mahnılarının xüsusiyyətləri və ifaçılıq ənənələri barədə söhbət getmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]